İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir.
Banker.az xəbər verir ki, yeni qaydalara əsasən, İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil proqramından istifadə edən şəxslər eyni zamanda dövlət ipotekası üzrə əsas borcalan ola bilməyəcəklər.
Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi vətəndaşlara mənzili ilkin ödəniş etmədən, müəyyən müddət ərzində aylıq ödənişlər həyata keçirməklə əldə etmək imkanı yaradır. Müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildikdən sonra mənzil vətəndaşın mülkiyyətinə keçir.
Yeni dəyişiklik isə o deməkdir ki, vətəndaşın Fondla bu proqram çərçivəsində qüvvədə olan kirayə müqaviləsi varsa, həmin şəxs paralel olaraq Fondun vəsaiti hesabına verilən ipoteka kreditini öz adına əsas borcalan kimi rəsmiləşdirə bilməyəcək. Başqa sözlə, bir şəxs eyni vaxtda həm satmaq öhdəliyi ilə kirayə proqramından, həm də dövlət ipotekasından əsas borcalan qismində yararlana bilməyəcək.
Digər mühüm dəyişiklik ipoteka kreditlərinə elektron müraciətlərlə bağlıdır.
Bundan sonra müraciətlər zamanı "SİMA İmza"nın üztanıma texnologiyasından istifadə ediləcək. Vətəndaşlar müraciətlərini biometrik identifikasiya, yəni üzlərinin tanınması vasitəsilə təsdiqləyə biləcəklər.
Fondun məlumatına görə, yeniliyin əsas məqsədi müraciət prosesində şəffaflığı artırmaq, başqa şəxslərin adından müraciət edilməsi, kənar müdaxilələr və xüsusi proqramlardan istifadə ilə bağlı sui-istifadə hallarının qarşısını almaqdır.
Yeni müraciət qaydası ilə bağlı təlimat "myGov" portalında yerləşdirilib.
Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ildən Azərbaycanda uzunmüddətli ipoteka kreditlərinin maliyyələşdirilməsini həyata keçirir.
İndiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib.
Bu kreditlərdən yararlananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR
İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb
Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb
PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb
Dünyanın ən çox maaş verən şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv