Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir.
Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatlarına Nəzarət Departamentinin direktoru Xəyyam İsmayılov XII Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, mikromaliyyə modelinin inkişafı çərçivəsində BOKT-ların yeni xidmətlər göstərməsi imkanları qiymətləndirilir.
X. İsmayılov qeyd edib ki, bu istiqamətdə hesab açılmadan müəyyən ödəniş xidmətlərinin göstərilməsi, pul köçürmələri və inkassasiya xidmətlərinin həyata keçirilməsi imkanları nəzərdən keçirilir.
O bildirib ki, nəzərdə tutulan dəyişikliklər BOKT-ların fəaliyyət istiqamətlərinin genişlənməsinə və yeni gəlir mənbələri əldə etməsinə şərait yarada bilər. Yeni xidmətlərin tətbiqi üçün institusional hazırlıq işlərinin mərhələli şəkildə aparılması nəzərdə tutulur.
Departament direktoru onu da əlavə edib ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə lizinqi üzrə mövcud göstəriciləri sektorun potensialından aşağıdır.
Onun sözlərinə görə, hazırda BOKT-ların maliyyə lizinqi portfeli təxminən 50 milyon manat təşkil edir.
"Bu sektorda maliyyə lizinqi ilə bağlı rəqəmlər bizim gözlədiyimiz potensialdan aşağıdır. Maliyyə lizinqi haqqında qanunun tətbiqi bu sahənin inkişafına və lizinq portfelinin genişlənməsinə imkan yarada bilər. Yeni qanun maliyyə lizinqi fəaliyyəti ilə məşğul olan təşkilatların fəaliyyətini və bu sahədə münasibətləri tənzimləyəcək. BOKT-ların lizinq məhsullarına marağı artır və yeni qanunvericilik çərçivəsi bu istiqamətdə fəaliyyətin genişlənməsinə şərait yarada bilər".
O, həmçinin qonşu ölkələrdə maliyyə lizinqi bazarının daha geniş olduğunu vurğulayaraq, Azərbaycanda da bu sahədə əhəmiyyətli inkişaf potensialının mövcudluğunu qeyd edib.
© APA / marja.az

Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
İlon Mask kimdir?
"Freelance" nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes təlimlər və tədris üsulları