Mərkəzi banklar qızılı ABŞ-dan çıxarır: Alışlar 4 dəfədən çox artıb

Mərkəzi banklar qızılı ABŞ-dan çıxarır: Alışlar 4 dəfədən çox artıbDünyanın mərkəzi bankları qızıl ehtiyatlarını sürətlə artırmaqla yanaşı, qiymətli metalın saxlanıldığı ölkələri də dəyişməyə başlayıblar. Geosiyasi gərginliyin artması fonunda bəzi ölkələr qızıl ehtiyatlarının bir hissəsini ABŞ-dan Avropaya köçürür.
Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın biznes və maliyyə sahəsində ixtisaslaşmış "Fortune" jurnalı məlumat yayıb.
ABŞ-ın investisiya bankçılığı və aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən "Goldman Sachs"ın hesablamalarına görə, dünya mərkəzi bankları 2026-cı ilin avqustunda təxminən 79 ton qızıl alıblar.
Bu göstərici 2022-ci ildən əvvəlki dövrdə qeydə alınan aylıq orta göstəricidən dörd dəfədən çox yüksəkdir. Həmin dövrdə mərkəzi banklar ayda orta hesabla 17 ton qızıl alırdılar.
"Goldman Sachs"ın mövsümi amillər nəzərə alınmaqla apardığı hesablamalara əsasən, son üç ayda qızıl alışları orta hesabla ayda 85 ton təşkil edib.
Ən böyük alıcılardan biri Çin olub. Bankın qiymətləndirməsinə görə, Çin avqust ayında təxminən 25 ton qızıl alıb.
Analitiklər hesab edirlər ki, Çin və digər inkişaf etməkdə olan ölkələrin qızıl ehtiyatlarını artırması ABŞ dolları və digər G7 valyutalarından asılılığı azaltmaq strategiyası ilə əlaqəlidir.
Lakin mərkəzi bankların fəaliyyəti yalnız qızıl alışları ilə məhdudlaşmır. Ehtiyatların harada saxlanılması da getdikcə daha böyük əhəmiyyət qazanır.
Niderland Mərkəzi Bankı 2026-cı ilin mart-avqust aylarında Nyu-York və Ottavada saxlanılan təxminən 86 ton qızılı Londona köçürüb. Bank bu qərarı geosiyasi qeyri-müəyyənlik və böhran vəziyyətlərinə hazırlığın gücləndirilməsi ilə izah edib.
Fransa Mərkəzi Bankı isə Nyu-Yorkda saxlanılan 129 ton qızılı sataraq Avropada eyni həcmdə qızıl alıb. Bu əməliyyat ölkənin ümumi qızıl ehtiyatlarının təxminən 5%-ni əhatə edib.
"Goldman Sachs"ın məlumatına görə, avqustda Nyu-York Federal Ehtiyat Bankında saxlanılan qızılın həcmi 40 ton azaldığı halda, İngiltərə Bankındakı ehtiyatlar 46 ton artıb.
Eyni zamanda qızılın saxlanıldığı məkanlarla bağlı məlumatların açıqlanmasında ehtiyatlılıq artır. Mərkəzi banklar arasında keçirilmiş sorğuya əsasən, 2026-cı ildə respondentlərin 12%-i qızıl ehtiyatlarının harada saxlanıldığını bildirməkdən imtina edib. Ötən il bu göstərici 10% idi.
Qızıl ehtiyatlarının saxlanıldığı xarici ölkələrin sayını artıran mərkəzi bankların payı isə 2%-dən 10%-ə yüksəlib.
Analitiklərin fikrincə, bu dəyişikliklər qızılın yalnız qiymətli investisiya aktivi deyil, həm də geosiyasi və maliyyə risklərindən qorunma vasitəsi kimi əhəmiyyətinin artdığını göstərir.

Banklar     Tarix: 22 oktyabr 2026

Oxşar xəbərlər

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə

İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür. Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİM

She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next"

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın səhmləri hesabat və dividend xəbəri öncəsi bahalaşıb

"PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmləri doqquz aylıq hesabatın açıqlanması və oktyabr dividend ödənişi fonunda bahalaşıb. (İnvesitsisya) xəbər verir ki, səhm bu gün 0,5% artaraq 54,57 manata çatıb. Qiymət sentyabrı

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib

Qlobal maliyyə sektoru üzrə nüfuzlu beynəlxalq platformalardan olan "The Digital Banker" "Global AI Innovation Awards 2026" mükafat proqramının qaliblərini elan edib. Azərbaycan üzrə "Best AI-Powere

Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR

Rabitəbank tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiya imkanlarının genişləndirilməsi və təqdim olunan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi məqsədil

Mərkəzi banklar qızılı ABŞ-dan çıxarır: Alışlar 4 dəfədən çox artıb

Dünyanın mərkəzi bankları qızıl ehtiyatlarını sürətlə artırmaqla yanaşı, qiymətli metalın saxlanıldığı ölkələri də dəyişməyə başlayıblar. Geosiyasi gərginliyin artması fonunda bəzi ölkələr qızıl ehtiyatlarının bir hissəsin

Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı

Azərbaycan kapital bazarında yeni investisiya imkanı yaranıb. "Ziraat Bank Azərbaycan" ASC-nin 15 milyon manat həcmində istiqraz buraxılışının ikinci tranşı üzrə abunə yazılışına bu gündən start verilib. İstiqrazla

"Rabitəbank"ın ipoteka və biznes kreditləri daha sürətlə artır

"Rabitəbank" ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 84 milyon 124 min manat və ya 8,9% artaraq 1 milyard 25 milyon 413 min manata çatıb. Kredit portfelində ən böyük pay bizne


iqtisadi xeberler biznes ideyalari 1000 manatla biznes avtomobil xeberleri dollar məzənnəsi