Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib.
Banker.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri üzrə statistik göstəriciləri əsasında aparılan hesablamalardan məlum olur.
2025-ci ilin müvafiq dövründə xarici maliyyə institutlarının buraxdığı kartlarla əməliyyatların həcmi 1 milyard 139,5 milyon manat təşkil etmişdi.
Beləliklə, cari ilin ilk doqquz ayında əməliyyatların həcmi illik müqayisədə təxminən 130 milyon manat və ya 11,4% artıb.
Təkcə sentyabr ayında qeyri-rezident maliyyə institutlarının kartları ilə Azərbaycanda 181,7 milyon manatlıq əməliyyat aparılıb. Bu, 2025-ci ilin sentyabrındakı 158,4 milyon manatla müqayisədə 23,3 milyon manat və ya 14,7% çoxdur.
Sentyabrda xarici kartlarla əməliyyatların sayı da illik müqayisədə 28,4% artaraq 2 milyon 67,6 minə yüksəlib. Halbuki ötən ilin eyni ayında bu göstərici 1 milyon 610,4 min təşkil edirdi.
"Mastercard" üzrə əməliyyatlar 42,7% artıb
Sentyabr ayında ABŞ-ın beynəlxalq ödəniş sistemləri operatoru "Visa"nın xaricdə buraxılmış kartları ilə Azərbaycanda 96,6 milyon manatlıq əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövründəki 97,8 milyon manatla müqayisədə 1,2% azdır.
ABŞ-ın digər beynəlxalq ödəniş sistemləri operatoru "Mastercard"ın xarici kartları ilə əməliyyatların həcmi isə 55 milyon manatdan 78,5 milyon manata yüksəlib. Beləliklə, bu istiqamətdə illik 23,5 milyon manat və ya 42,7% artım qeydə alınıb.
Hesabat ayında xarici "American Express" kartları ilə 1,3 milyon manat, "UnionPay" kartları ilə 400 min manat, digər ödəniş sistemlərinin kartları ilə isə 4,9 milyon manatlıq əməliyyat həyata keçirilib.

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR
İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb
Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb
Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb
"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"
"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb
"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək
Bitcoin necə işləyir?
İnvestisiyanın necə cəlb etmək olar?
Milyonlar qazandıran qəribə biznes ideyaları
ƏDV geri al və onun üstünlükləri
SWIFT nədir?