Bitcoin necə işləyir?

Bitcoin necə işləyir?Bitcoin hər hansı bir mərkəzi bankla və ya rəsmi bir qurumla əlaqəsi olmayan virtual valyutadır.
Biznes.az melumat verir ki, Bitcoinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi bank da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də, valyutaların qiymət hərəkəti Bitcoin-ə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir. Tələb artdıqca, qiyməti artır, azaldıqda isə dəyəri aşağı düşür. Bitcoin virtual dövriyyəsi olan bir valyuta olduğundan, insanların öz şəxsiyyətlərini açıqlamadan pul göndərməyinə imkan verir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, İnternet üzərindən alış-veriş və ya investisiya etmək imkanı verir.

Bitcoinin dəyərini nə təyin edir?

Bitcoinin özbaşına yəni özündən aslı bir dəyəri olmadığı üçün insanların istəyi ilə dəyər qazandığını söyləmək doğru olar. Onun dəyərini bazardakı tələb və təklif şərtləri təyin edir. Tələb artdıqca qiyməti artır, düşdükcə dəyəri azalır. Dövranda məhdud miqdarda Bitcoin var. Yeni Bitcoin yaratmağın əvvəldən təyin olunmuş bir proseduru və limiti olduğu üçün yalnız tələb olduğu hallarda yaradılır.
Bitcoin necə işləyir?

Bitcoin necə qazanılır?

İlk olaraq heç bir məbləğ ödəmədən Bitcoin hesabı açmalısınız. Virtual cüzdanınızı (birdən artıq virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra Bitcoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterlərdə riyazi əməliyyatlar etməlisiniz. Bitcoin üçün bilik və kompüterinizə güvənməlisiniz. Bitcoin əməliyyatları kompüterinizin təchizatı ilə aparılır. Kompüteriniz nə qədər güclü olsa, performansınız o qədər yaxşı olacaq. Bitcoin əməliyyatları üçün xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarə götürə bilərsiniz. Bu barədə bilmədiyiniz halda, mövcud "mayning hovuzlarına" (Bitcoin hovuzları kimi tanınır) qoşulmaqla gəlirinizi artıra bilərsiniz. "Mayning hovuzları" olduqca çoxdur. Ümumiyyətlə, bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Bir növ kompüterinizin gücünü digər istifadəçilərlə birləşdirərək qazanacaqsınız. Bitcoin əldə etmək üçün mövcud pulunuzu müəyyən bir valyuta məzənnəsindən dəyişə bilərsiniz və ya Bitcoin-satan sistemlərdən birbaşa əldə edə bilərsiniz.

Bitcoin etibarlıdır?

Bitcoin sistemində edilən ödənişlərin təsdiqlənməsi üçün açıq açarlı şifrələmə (asimmetrik kriptoqrafik), nöqtədən-nöqtəyə şəbəkə bağlantısı və proof-of-work kimi texnologiyalar istifadə edilir. Bitcoinlər ödəməni edən ünvandan alıcı ünvana şifrələnmiş olaraq yəni imzalanaraq göndərilir. Hər əməliyyat şəbəkəyə bildirilir və blok zəncirində yerini alır. Beləcə əlavə bitcoinlər bir dəfədən çox istifadə edilə bilməz. Bitcoin bu texnologiyaları istifadə edərək, hər kəsin istifadə edə biləcəyi sürətli və son dərəcə etibarlı bir ödəmə şəbəkəsi təmin etməkdədir.

"Bitcoin" rekordu və risklər

29 noyabr 2017-ci ildə Bitcoinin dəyəri ilk dəfə 10 000 dolları keçdi. Biznes.az melumat verir ki, Bitcoin bir neçə il əvvələ qədər 1000 dollardan aşağı əməliyyat edirdisə, dəyərini qısa müddətdə 10 qatına çıxartdı. Buna baxmayaraq, bir neçə gündə yüzdə altmışa qədər dəyər itirdiyi vaxtlar da olub. Buna görə, bitkoin riskli bir investisiya vasitəsi kimi qəbul edilir.
Bitcoin necə işləyir?

Kriptovalyuta     Tarix: 30 oktyabr 2025

Oxşar xəbərlər

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

"Bitcoin"in qiyməti 86 min dollardan aşağı enib - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 AB

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA

Dünyanın əsas kriptovalyuta birjası olan "Binance" haker hücumu nəticəsində oğurlanan aktivlərin 90 faizini kompensasiya edib. xəbər verir ki, bu barədə kriptovalyuta platformasının özü məlumat yayıb.  Açıqlamay

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donal

"Bitcoin" yenidən 80 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 79 828,21 ABŞ dollarına yüksəlib

"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub

Dünyanın əsas kriptovalyuta birjası sayılan Binance şübhəli kiberhücumla üzləşib: 2,54 milyard dollarlıq aktivlər dondurulub. xəbər verir ki, Binance, potensial təhlükəsizlik problemi ilə bağlı araşdırmanın davam etdiyi bi

"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib

AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış "WebTrust for Certification Authorities" (WebTrust for CA) auditini uğurla başa vurub. xəbər verir ki, müstəqil qiymətləndirmə şirkəti


iqtisadi xeberler 1000 manatla biznes biznes krediti valyuta kurslari bitkoin qiymeti