"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ciddi bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,84% bahalaşaraq 85 412,18 ABŞ dollarına yüksəlib.
"Ethereum" 2,45% artaraq 2 731,48 dollara, BNB 1,64% bahalaşaraq 789,36 dollara çatıb. "Bittensor"da daha kəskin artım qeydə alınıb – kriptovalyuta 17,80% bahalaşaraq 315,14 dollara yüksəlib. "Bitcoin Cash" isə 4,07% artaraq 265,17 dollara çatıb.
Bununla yanaşı, "Zcash" 3,51% ucuzlaşaraq 1 461,28 dollara, "Monero" isə 0,67% azalaraq 574,26 dollara enib.
"CoinMarketCap 20" indeksi son 24 saatda 4,62% artaraq 177,62 bənd təşkil edib. "Bitcoin"in bazar kapitallaşması 1,72 trln. dollara yaxınlaşıb.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəliş qlobal bazarlarda risk iştahının artması, neft qiymətlərinin geriləməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda baş verir. Bundan başqa, geosiyasi gərginliyin səngiyə biləcəyinə dair gözləntilər də investorların riskli aktivlərə marağını artırıb.
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı
"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,87% artaraq 83 510,9
"Bitcoin" bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb. xəbər verir ki, "CoinMarketCap"