Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır.
Məqalədə qeyd olunur ki, kriptovalyuta istifadəçilərinə qarşı fiziki hücumların sayının artması onların şəxsi məlumatlarının komprometasiya olunması ilə əlaqəli ola bilər. Üstəlik, ilin sonunadək oğurlanan vəsaitin həcmi 2025-ci ildə qeydə alınmış rekordu da üstələyə bilər.
"Chainalysis" analitik şirkətinin hesabatına əsasən, 2026-cı ilin əvvəlindən bəri kriptovalyuta oğurlamaq məqsədilə həyata keçirilən fiziki hücumların qurbanları 30 milyon ABŞ dollarından çox vəsait itiriblər. Mütəxəssislərin fikrincə, mövcud tendensiya davam edərsə, cari il bu cür insidentlərin sayına görə tarixdə ən pis il ola bilər. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstərici rekord həddə olub – 58 milyon dollar.
Qeyd edək ki, "Chainalysis" dövlət qurumları və hüquq-mühafizə orqanlarını blokçeyn əməliyyatlarının izlənməsi üçün alətlərlə təmin edən analitik şirkətdir. Şirkət eyni zamanda kriptobirjalara cinayətkarların istifadə etdiyi kriptocüzdanların müəyyən edilməsində köməklik göstərir.
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" 66 min dolları ötüb - YENİ QİYMƏT
Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib. xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. . Ə
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı