Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşırBir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib.
ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib.
FED,az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu qərarın əhəmiyyəti təkcə banka dlisenziya verilməsində deyil - ABŞ-ın Bank Nəzarəti İdarəsinin bu qərarı  kriptovalyuta şirkətlərinin ABŞ-ın ənənəvi bank sisteminə daxil olmasına "yaşıl işıq" yanması deməkdir.
Lisenziyaya əsasən yeni qurum - World Liberty Trust Company bankı adi pərakəndə bank kimi depozit qəbul etməyəcək. Onun əsas fəaliyyəti rəqəmsal aktivlərin saxlanması, müştərilərin kriptoaktivlərinə kustodian xidmətləri və əlaqəli maliyyə əməliyyatlarından ibarət olacaq. OCC qərarında əsas məqam - bu xidmətlərin milli trust-bank modelinə uyğun olduğunu bildirməsidir.
Qeyd edək ki, World Liberty Financial-ın əsas məhsullarından biri USD1 stablecoin-dir. OCC -nin banka verdiyi yeni sənəddə yeni bankın müəyyən rəqəmsal aktivlər üçün saxlama və konversiya xidmətləri göstərə biləcəyi qeyd olunur.
Başqa sözlə qərarın daha geniş biznes əhəmiyyəti ondadır ki, bu yanaşma ABŞ-da kriptovalyuta şirkətlərinin "fintech" statusundan tədricən tam tənzimlənən maliyyə institutlarına keçməsini göstərir.
Xatırladaq ki, bu ABŞ-ın Bank Nəzarəti İdarəsinin kriptovalyutalarla bağlı ilk qərarı deyil - OCC 2026-cı ildə Coinbase, Ripple, Wise və digər rəqəmsal maliyyə şirkətləri ilə əlaqəli milli trust-bank müraciətlərini də təsdiq və ya nəzərdən keçirib.
Yeni qərar kriptoinvestorlarla yanaşı, adi vətəndaşlara və biznesə də təsir edəcək. Məsələ bundadır ki, kriptovalyutaların leqallaşması onlarla əməliyyatlara marağı artıracaq. Hələlik kriptovalyutaların real iqtisadi faydası onlar vasitəsilə sürətli və ucuz pul köçürmələri etməkdir. İndi onların leqallaşması nəticəsində ki, kriptovalyutalarla köçürmə əməliyyatlarının artması gözlənilir.
Bu isə indiyədək bu sahənin liderləri sayılan Visa, Mastercard və digər klassik banklar üçün yeni rəqabət yaradır. Stablecoin-lərin kommersiya ödənişlərinə daxil olması sürətlənərsə, beynəlxalq pulköçürmələri və elektron ödənişlərdə komissiyaların aşağı düşməsi mümkündür. / fed.az

Kriptovalyuta     Tarix: 24 avqust 2026

Oxşar xəbərlər

"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Bitcoin" 66 min dolları ötüb - YENİ QİYMƏT

Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib. xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. . Ə

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"

"Bitcoin" bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb. xəbər verir ki, "CoinMarketCap"

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne

"Bitcoin"in qiyməti 86 min dollardan aşağı enib - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 AB


iqtisadi xeberler biznes qurmaq biznes krediti dollarin kursu bu gun bank faizleri