Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb

Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıbBu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 951,2 milyon manat​​​​​ vəsait yönəldilib.
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
FED.az xəbər verir ki,  Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,1 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların payı 22,5 %-dən 23,9 %-ə yüksəlib.
Hesabat dövründə xarici investisiyaların 3 milyard 833,5 milyon manatı (97,1 %-i) Böyük Britaniya, Türkiyə, Rusiya, ABŞ, BƏƏ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa, Hindistan və Çin sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 % çoxdur.
O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu isə 28,7 % artaraq 5 milyard 482,1 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 2,3 % artaraq 11 milyard 37,7 milyon manat təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyalar məhsul istehsalı sahələri üzrə real ifadədə 20 % artaraq 9 milyard 137 milyon manat, xidmət sahələri üzrə real ifadədə 1,3 % artaraq 5 milyard manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar isə real ifadədə 4,8 % azalaraq 2 milyard 382,8 milyon manat olub. (report)

İnvestisiya     Tarix: 21 noyabr 2026

Oxşar xəbərlər

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

İlham Əliyev: Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq

Azərbaycanla Kamboca arasında ticarət-investisiya sahəsində əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq. xəbər verir ki, bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hu

Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB

Azərbaycan şirkətləri və fiziki şəxsləri Gürcüstana son 3 ildə 449 milyon dollar birbaşa investisiya yatırıb. biznes və maliyyə xəbərləri portalı Gürcüstanın Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbə

EBRD Azərbaycan üzrə investisiya portfelinin həcmini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 2026-cı il oktyabrın 31-nə 879 milyon avro təşkil edib. Azərbaycan iqtisadiyyatı Gürcüstandan 3 dəfə böyük idi - Fərq 2 dəfəyə enib – YEN

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

Neft Fondu Perunun nəhəng enerji sirkətinə - "Inkia Energy"yə investisiya edib

Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektri

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Qaraj qapısı biznesinə - $2 milyard yatıracaq

ABŞ-ın ən böyük private-equity şirkətlərindən olan "KKR" şirkəti yaşayış evlərinə xidmət göstərən "A1 Garage Door Service" şirkətini təxminən 2 milyard dollara almağa razılaşıb. xəbər verir ki, "Reuters"i


iqtisadi xeberler emlak xeberleri dollar məzənnəsi bitkoin valyuta xeberleri