Qaraj qapısı biznesinə - $2 milyard yatıracaq

Qaraj qapısı biznesinə - milyard yatıracaqABŞ-ın ən böyük private-equity şirkətlərindən olan "KKR" şirkəti yaşayış evlərinə xidmət göstərən "A1 Garage Door Service" şirkətini təxminən 2 milyard dollara almağa razılaşıb.
FED.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu, ABŞ-da home-services sektorunda son böyük private-equity sövdələşmələrindən biridir.
"A1 Garage Door" şirkəti yaşayış evlərində qaraj qapılarının quraşdırılması, təmiri və dəyişdirilməsi ilə məşğuldur.
2007-ci ildə Arizonada yaradılan şirkət hazırda ABŞ-ın təxminən 20 ştatında fəaliyyət göstərir və sektorun ən böyük operatorlarından birinə çevrilib.
Xatırladaq ki, private equity (PE) - şirkətləri alıb, böyüdüb və sonra daha baha satmaqla qazanc əldə edən investisiya biznesidir. Adətən private-equity fondları investorların pullarını toplayır, bir şirkətin nəzarət paketini və ya böyük payını alır, sonra həmin şirkətin idarəetməsini, xərclərini, satışlarını və strategiyasını dəyişdirərək dəyərini artırmağa çalışırlar. Bir neçə ildən sonra şirkəti ya başqa investora satır, ya da IPO-ya çıxararaq investisiyadan çıxırlar.
"KKR"nin "A1 Garage Door Service" şirkətinə 2 milyard dollar ödəməsi private-equity sektorunda yeni tendensiyanı göstərir: yəni, yatırım fondları, proqram təminatı və startaplarla yanaşı, santexnika, HVAC, təmir, qaraj qapısı və digər "darıxdırıcı", lakin stabil gəlir gətirən xidmət bizneslərini aktiv şəkildə alırlar.
Səbəb bu şirkətlərin pul axınının kifayət qədər proqnozlaşdırılan olmasıdır. Ev sahibinin qapısı, kondisioneri və ya santexnika sistemi sıradan çıxanda xidməti iqtisadi vəziyyətdən asılı olmayaraq almağa məcbur olur.
Üstəlik, ABŞ-da bu bazar minlərlə kiçik regional operator arasında parçalanıb. Private-equity fondu böyük bir platforma alaraq daha kiçik şirkətləri ona birləşdirə və vahid brend altında miqyas yarada bilir.
KKR artıq Neighborly və Groundworks kimi home-services bizneslərinə də sərmayə qoyub. Bu ilin əvvəlində Oak Hill Capital da Guild Garage Group-u 800 milyon dollardan artıq qiymətə almışdı.

İnvestisiya     Tarix: 03 sentyabr 2026

Oxşar xəbərlər

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır. biznes və maliyyə xəbərlər

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 12 sənəd imzalanıb - DETALLAR - FOTOLAR 

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair 12 sənəd imzalanıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sənədlər tikinti və inkişaf, bərpa olunan enerji, sənaye

Neft Fondu Perunun nəhəng enerji sirkətinə - "Inkia Energy"yə investisiya edib

Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektri

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb. xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətləraras

Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita


iqtisadi xeberler dollar məzənnəsi biznes qurmaq avtomobil xeberleri dollar kursu