İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

İlham Əliyev Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.
FED.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlandı.
Dövlətimizin başçısı bu ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını dedi.
Görüşdə Azərbaycan ilə "Neuberger Berman" şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olundu, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Neuberger Berman" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edildi.
Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış "Neuberger Berman" dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da "Neuberger Berman"ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.

İnvestisiya     Tarix: 25 sentyabr 2026

Oxşar xəbərlər

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

​Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb. . Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy

Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb

2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 436,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. "Azərcell", "Bakcell"

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

"CİB Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb.  biznes və maliyyə xəbərləri portal xəbər veri

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə "Əsas makroiqtisadi göstəricilərin icmalı"n

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

Azərbaycan İnvestisiya Forumunda - 10,8 milyardlıq 23 sənəd imzalandı

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edə

Neft Fondu Perunun nəhəng enerji sirkətinə - "Inkia Energy"yə investisiya edib

Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektri


iqtisadi xeberler dollarin kursu bu gun valyuta kurslari valyuta mezennesi en son xeberler