Azərbaycan İnvestisiya Forumunda - 10,8 milyardlıq 23 sənəd imzalandı

Azərbaycan İnvestisiya Forumunda - 10,8 milyardlıq 23 sənəd imzalandıBakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb.
FED.az xəbər verir ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") başa çatıb.
İqtisadiyyat Nazirliyi və "The European House – Ambrosetti & TEHA Group"un strateji tərəfdaşlığı ilə keçirilən Forum müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib.
"Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunmuş Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzularını təşkil edib. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olunub. Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirib.
Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərinin inkişafı baxımından malik olduğu potensial geniş auditoriyaya təqdim olunub. Eyni zamanda, ölkəmizin xarici sərmayələr üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitə malik olduğu, strateji layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş kimi mövqeyi diqqətə çatdırılıb.
Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə imzalanmış 23 sənədə əsasən ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulur. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edir.
Bu ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq. Bu, investorların Azərbaycana artan inamının və ölkəmizin investisiya məkanı kimi cəlbediciliyinin yüksəldiyinin aydın göstəricisidir. Bu miqyasda investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına mühüm töhfələr verir.

İnvestisiya     Tarix: 26 sentyabr 2026

Oxşar xəbərlər

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır. biznes və maliyyə xəbərlər

Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov 

"Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin çoxu mənfəətlərini ölkəyə, o cümlədən bərpa olunan enerjiyə yenidən yatırır". biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayı

Norveçdən Azərbaycana yatırılan investisiyalar - 34 DƏFƏDƏN ÇOX AZALIB

Norveçdən Azərbaycana yatırılan investisiyaların həcmində kəskin azalma baş verib. biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Cari ildə bu ölkədən cəmi 2 milyon 990 min dolla

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

İlham Əliyev: Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq

Azərbaycanla Kamboca arasında ticarət-investisiya sahəsində əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq. xəbər verir ki, bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hu

Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb

2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 436,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. "Azərcell", "Bakcell"

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal


iqtisadi xeberler en son xeberler kripto biznes ideyalari dollar manat kursu