Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTNPrezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb.
FED.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları!
Sizi 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.
Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, aparıcı şirkətləri, investorları və biznes dairələrini bir daha Bakıda bir araya gətirməsi dərin məmnunluq doğurur.
Builki Forumun mövzusu – "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi" – bu gün xüsusilə aktualdır. Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır. Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir.
Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirmişdir. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır.
Bu dinamika sabit və proqnozlaşdırıla bilən biznes mühitinə əsaslanır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır.
Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır.
Bu müsbət meyillər beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunmuşdur. "Fitch" və "Moodys" agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəltmiş, növbəti dövr üzrə proqnozu müvafiq olaraq "sabit" və "müsbət" kimi qiymətləndirmişdir. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötmüş strateji valyuta ehtiyatlarımızla da bir daha təsdiqlənir.
Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır. Baxışımız enerji təchizatından kənara çıxaraq yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir ki, bu da bərpa olunan enerjinin regional bazarlara inteqrasiyasına və Azərbaycan, geniş Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında əlaqəliliyin möhkəmlənməsinə imkan verir.
Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir. Qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran, ixtisaslı iş yerləri yaradan və regional və qlobal dəyər zəncirlərinə inteqrasiyamızı gücləndirən layihələrə xüsusi önəm verilir.
Müasir infrastruktur, sənaye parkları, Ələt Azad İqtisadi Zonası və dövlət-özəl tərəfdaşlığı mexanizmləri belə əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Biz bu alətləri təkmilləşdirməyə və investorlara uzunmüddətli layihələri əminliklə həyata keçirməyə imkan verən şərait yaratmağa davam edəcəyik.
İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu tərəfdaşlıqların inkişafı üçün mühüm platformadır.
1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirdi. Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanmış, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşmüşdür.
Bu il iştirakçıların coğrafiyası daha da genişlənmiş, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunmuşdur ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir. Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcəkdir.
Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcəkdir.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr və qarşılıqlı faydalı tərəfdaşlıqlar arzulayıram".

İnvestisiya     Tarix: 25 sentyabr 2026

Oxşar xəbərlər

"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"

Azərbaycan və Laosun hakim partiyaları da sıx əməkdaşlıq edir. xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib. Dövlət başçıs

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - AÇIQLADI

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmill

İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə "Əsas makroiqtisadi göstəricilərin icmalı"n

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Azərbaycana ən çox investisiya edən ölkələ

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

​Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb. . Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb


iqtisadi xeberler telefonla pul qazanmaq dollarin kursu bu gun bitkoin qiymeti internetden pul qazanmaq