Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək. Qurbanova bu vəzifəni müvəqqəti əvəzedicisi kimi təyin edilir.
FED.az xəbər verir ki, Günel Qurbanova 2024-cü ilin fevralından "MFX-Trading İnvestisiya Şirkəti"ndə baş mühasib vəzifəsində çalışıb. Bundan əvvəl "Compusale Technologies" şirkətində mühasib, daha əvvəl isə Bakı Metropoliteni Layihə İnstitutunda mühəndis köməkçisi kimi fəaliyyət göstərib. Qurbanova Azərbaycan Kooperasiya Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.
"MFX-Trading İnvestisiya Şirkəti" 2020-ci ildə yaradılıb və həmin ilin oktyabrında investisiya şirkəti fəaliyyəti üzrə İŞ-06 nömrəli lisenziya alıb. İnvestisiya şirkəti bağlanan "MuğanBank"a yaxın şirkətlərdən biri idi. Şirkət broker, anderraytinq, investisiya tədqiqatı və məsləhət xidmətləri, portfelin idarə olunması, həmçinin qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlar həyata keçirir.
2025-ci ildə "MFX-Trading" 91,99 min manat xalis zərər edib. Şirkət 2024-cü ili 712,82 min manat xalis mənfəətlə başa vurmuşdu. Ötən ilin sonunda şirkətin aktivləri 1 milyon 50 min manat təşkil edib və illik müqayisədə 5,2% azalıb.
Şirkətin nizamnamə kapitalı 1 milyon 110 min manatdır. "MFX-Trading"in 100% səhmdarı 2024-cü ildən Samir Xəlilov Əlövsət oğludur. Bundan əvvəl şirkətin səhmdarları Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) olub. (Banker)

İnvestisiya     Tarix: 02 oktyabr 2026

Oxşar xəbərlər

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

Britaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ən azı 5 milyard funt sterlinq ayırmağa hazırdır

Böyük Britaniyanın İxrac Maliyyələşdirilməsi Agentliyinin (UK Export Finance – UKEF) Azərbaycan üzrə risk limiti ən azı 5 milyard funt sterlinq təşkil edir. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət nazir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb

2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 436,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. "Azərcell", "Bakcell"

Qaraj qapısı biznesinə - $2 milyard yatıracaq

ABŞ-ın ən böyük private-equity şirkətlərindən olan "KKR" şirkəti yaşayış evlərinə xidmət göstərən "A1 Garage Door Service" şirkətini təxminən 2 milyard dollara almağa razılaşıb. xəbər verir ki, "Reuters"i

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB

Azərbaycan şirkətləri və fiziki şəxsləri Gürcüstana son 3 ildə 449 milyon dollar birbaşa investisiya yatırıb. biznes və maliyyə xəbərləri portalı Gürcüstanın Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbə


iqtisadi xeberler en son xeberler kicik biznes biznes krediti dollar kursu