Britaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ən azı 5 milyard funt sterlinq ayırmağa hazırdır

Britaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ən azı 5 milyard funt sterlinq ayırmağa hazırdırBöyük Britaniyanın İxrac Maliyyələşdirilməsi Agentliyinin (UK Export Finance – UKEF) Azərbaycan üzrə risk limiti ən azı 5 milyard funt sterlinq təşkil edir.
FED.az xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
"UK Export Finance-in Azərbaycan üzrə ən azı 5 milyard funt sterlinq həcmində risk götürmək imkanları mövcuddur. Nazirlə birlikdə görmək istədiyim iş bu maliyyələşməni aktivləşdirə biləcəyimiz layihələri müəyyən etməkdir. Məqsədimiz Azərbaycanda layihələrin reallaşdırılmasına və infrastrukturun qurulmasına nail olmaqdır", – Lord Anas Sarvar deyib.
Onun sözlərinə görə, bu maliyyə imkanlarından xüsusilə infrastruktur, təmiz enerji və digər prioritet layihələrin dəstəklənməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
Britaniyalı nazir energetika və bağlantı, texnologiya və maliyyəni iki ölkə arasında əməkdaşlığın əsas perspektivli istiqamətləri kimi göstərib.
O bildirib ki, Azərbaycanın regionun iqtisadiyyatlarını və enerji sistemlərini birləşdirən ölkə kimi rolu artır. Bu, ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji və ölkələrarası yeni elektrik bağlantılarını da əhatə edir.
Nazir BP-nin "Şəfəq" Günəş Elektrik Stansiyasını Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığının transformasiyasına nümunə göstərib. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələr və Avropa ilə yeni bağlantılar yaratdıqca Britaniya şirkətləri iri infrastruktur layihələrinin hazırlanması və maliyyələşdirilməsi üçün öz təcrübəsini təqdim etməyə hazırdır. O, bu kontekstdə "Xlinks" və UKEF-in imkanlarını qeyd edib.
Lord Anas Sarvar texnologiya sahəsində də böyük əməkdaşlıq potensialının olduğunu bildirib. Azərbaycanın rəqəmsallaşma, süni intellekt və data infrastrukturu üzrə iddialı planlarının Britaniyanın tədqiqat və innovasiya imkanları ilə birləşdirilə biləcəyini deyib.
Onun sözlərinə görə, əməkdaşlıq yalnız bizneslər arasında deyil, təhsil müəssisələri arasında da genişləndirilməlidir. Nazir bu kontekstdə Warwick Universitetini qeyd edərək universitetlərin Azərbaycanın rəqəmsal transformasiyası üçün tədqiqat və kadr potensialının inkişafına töhfə verə biləcəyini bildirib.
Nazir investisiyaların əks istiqamətdə də artırılmasının vacibliyini vurğulayıb. O, Azərbaycan şirkətlərinin London kapital bazarlarına, o cümlədən dual listinq vasitəsilə çıxış imkanlarının araşdırılmasını təklif edib. (Apa)

İnvestisiya     Tarix: 06 oktyabr 2026

Oxşar xəbərlər

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır

Bizim bağladığımız müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. "30 il əvvə

Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnvestisiy

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

"CİB Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb.  biznes və maliyyə xəbərləri portal xəbər veri

Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb

2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 436,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. "Azərcell", "Bakcell"

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib

Neft Fondu 1 trilyonluq şirkətlə investisiya imkanı araşdırır - NƏHƏNG MƏBLƏĞLƏR

Dövlət Neft Fondunun (ARDNF) və "Brookfield" şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb. biznes və maliyyə xəbərlər


iqtisadi xeberler online pul qazanmaq biznes krediti rubl mezenne bitkoin