Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötübBöyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru mövqeyindədir.
Pərviz Şahbazov qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrində də əhəmiyyətli artım müşahidə olunur. Ötən il Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 67% artıb.
"Bu ilin ilk yarısında ticarət dövriyyəsi təxminən 6 dəfə artaraq 3,6 milyard ABŞ dollarına çatıb. Azərbaycanın Böyük Britaniyaya ixracı isə 24 dəfə artıb", - nazir vurğulayıb.
O əlavə ki, qarşılıqlı etimad üzərində qurulan güclü siyasi və iqtisadi münasibətlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün möhkəm zəmin yaradıb. Tərəflərin əməkdaşlığı yeni səviyyəyə çıxarmaq üçün həm siyasi iradəyə, həm də əhəmiyyətli potensiala malik olduğunu deyib.
Nazir bildirib ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə formalaşan strateji enerji tərəfdaşlığı ikitərəfli münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Birgə həyata keçirilən irimiqyaslı neft-qaz layihələri, o cümlədən Cənub Qaz Dəhlizi regional və Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
Pərviz Şahbazov BP ilə əməkdaşlığın yeni layihələr hesabına davam etdiyini də qeyd edib. O, AÇG-də səmt qazının hasilatına başlanmasını, "Şahdəniz" Kompressiya layihəsini, "Şəfəq-Asiman", "Qarabağ" və "Əşrəfi-Dan Ulduzu-Aypara" layihələrini, həmçinin Özbəkistanda birgə fəaliyyəti uzunmüddətli tərəfdaşlığın göstəriciləri kimi qiymətləndirib.
Nazirin sözlərinə görə, Azərbaycan-Böyük Britaniya əməkdaşlığı eyni zamanda yaşıl enerji və dekarbonizasiya sahələrini də əhatə edir. "Şəfəq" Günəş Elektrik Stansiyasının gələn il istismara verilməsi gözlənilir. Səngəçal terminalının təmiz enerji ilə təmin olunmaqla dekarbonizasiyası isə qlobal enerji keçidi baxımından nümunəvi layihələrdən biri kimi nəzərdə tutulur. (Apa)

İnvestisiya     Tarix: 06 oktyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda investsiya fondunun direktoru dəyişdirilib

"CFİ Financial İnvestisiya Şirkəti" QSC-yə məxsus "AzFinance Asset Management" MMC-nin direktoru dəyişdirilib. Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub.  biznes və maliyyə xəbərləri portalı xəbə

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Azərbaycana ən çox investisiya edən ölkələ

Azərbaycan "Goldman Sachs" ilə əməkdaşlıq etmək istəyir - GÖRÜŞ

Azərbaycan və ABŞ-nin "Goldman Sachs" şirkəti arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat nazir

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

Neft Fondu 1 trilyonluq şirkətlə investisiya imkanı araşdırır - NƏHƏNG MƏBLƏĞLƏR

Dövlət Neft Fondunun (ARDNF) və "Brookfield" şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb. biznes və maliyyə xəbərlər

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri

Almaniyadan Azərbaycana investisiya yatırımları 3 dəfəyədək azalıb

2025-ci ildə Almaniyadan 26 milyon 334 min dollar investisiya cəlb olunub. Azərbaycanın tədiyyə balansında 1,4 milyard dollarlıq kəsir! - 3 DƏFƏDƏN ÇOX ARTIB. bu barədə rəsmi hesabatlara istinadən xəbər verir. Bu, 2024-c

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal


iqtisadi xeberler 1000 manatla biznes avtomobil xeberleri dollar mezenne kripto