Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB

Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIBAzərbaycan şirkətləri və fiziki şəxsləri Gürcüstana son 3 ildə 449 milyon dollar birbaşa investisiya yatırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Gürcüstanın Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir ki, Azərbaycan investorları 2023-cü ildə Gücüstana 101,5 milyon dollar, 2024-cü ildə 87,2 milyon dollar, 2025-ci ildə isə 214,4 milyon dollar yatırıblar.
Azərbaycandan olan şirkət və sahibkarların Gürcüstana yatırımları 2026-cı ildə də davam edib. Belə ki, bu ilin ikinci rübündə Azərbaycan şirkətləri Gürcüstanda böyük həcmdə birbaşa xarici investisiya yatıranların siyahısında (ilk 10-luqda) yer alıb.
Belə ki, Geostat-ın məlumatına görə, 2026-cı ilin ilk yarısında Gürcüstana ümumilikdə 750 milyon dollar birbaşa xarici investisiya yatırılıb.
Bu vəsaitin 45 milyon dolları Azərbaycan şirkətləri tərəfindən yatarılıb.
Belə ki, 2026-cı ilin 1-ci rübündə azərbaycanlılar Gürcüstana 21 milyon dollar, 2-ci rübdə isə 24 milyon dollar yatırıblar.
Nəticədə 2-ci rübdə Azərbaycan şirkətləri Gürcüstana yatırım edən ölkələrin ilk 10-luğunda yer alıb.
Birinci yeri isə Çin tutur – Çin investorları bu ilin təkcə 2-ci rübündə Gürcüstana 219 milyon dollar, Böyük Britaniya şirkətləri 123 milyon dollar, birləşmiş ərəb əmirlikləri 48 milyon dollar yatırıb. Bundan başqa, ilk 10-luqda Malta (47 milyon dollar), Türkiyə (30 milyon dollar), İsrail (26 milyon dollar), Azərbaycan (24.3 milyon dollar), Almaniya (20,7 milyon dollar), Rusiya (17,6 milyon dollar) və Yaponiya (13,3 milyon dollar) yatırıb.
Gürcüstana böyük xarici birbaşa investisiya yatıran şirkətlərin siyahısında Azərbaycan şirkətlərindən "PASHA Development Georgia" MMC və "SOCAR Midstream Gas Operations" MMC-nin Gürcüstan filialı da yer alıb.

İnvestisiya     Tarix: 13 sentyabr 2026

Oxşar xəbərlər

İlham Əliyev: Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq

Azərbaycanla Kamboca arasında ticarət-investisiya sahəsində əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq. xəbər verir ki, bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hu

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb. xəbər verir ki, Azərbaycan İnvestisiy

Neft Fondu 1 trilyonluq şirkətlə investisiya imkanı araşdırır - NƏHƏNG MƏBLƏĞLƏR

Dövlət Neft Fondunun (ARDNF) və "Brookfield" şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb. biznes və maliyyə xəbərlər

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb. xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətləraras

Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb

2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 436,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. "Azərcell", "Bakcell"

Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb

2025-ci ildə Gürcüstandan 91 milyon 258 min dollar investisiya cəlb olunub. Almaniyadan Azərbaycana investisiya  3 dəfəyədək azalıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 55 milyon 90

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Mənzil tikintisinə investisiya yatırımı 31%-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mənzil tikintisi sahəsinə 207,7 milyon manat investisiya yatırılıb. Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistik

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ


iqtisadi xeberler en son xeberler dollar mezenne valyuta mezennesi dollarin kursu bu gun