Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, forum dünyanın aparılcı investorları, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib. 
İqtisadiyyat Nazirliyi və "The European House – Ambrosetti & TEHA Group"un strateji tərəfdaşlığı ilə keçirilən Forum 2 gün davam edəcək. Tədbir "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub. Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. 
Məqsəd - konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.
Forum çərçivəsində təşkil ediləcək sessiyalarda qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma və investisiyalara təsiri, bu fonda Azərbaycanın strateji mövqeyi, regional bağlantı və investisiya imkanları, müxtəlif sahələrə aid əməkdaşlıq perspektivləri müzakirə olunacaq.  
Beynəlxalq iqtisadi tədbir çərçivəsində Azərbaycana aid qurumların müxtəlif xarici şirkət və tərəfdaşlarla işbirliyinə dair sənədlərin imzalanması və mübadiləsi nəzərdə tutulur.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılarda rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.

İnvestisiya     Tarix: 26 sentyabr 2026

Oxşar xəbərlər

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb. xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətləraras

Neft Fondu 1 trilyonluq şirkətlə investisiya imkanı araşdırır - NƏHƏNG MƏBLƏĞLƏR

Dövlət Neft Fondunun (ARDNF) və "Brookfield" şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb. biznes və maliyyə xəbərlər

İlham Əliyev: Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq

Azərbaycanla Kamboca arasında ticarət-investisiya sahəsində əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq. xəbər verir ki, bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hu

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib

Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Norveçdən Azərbaycana yatırılan investisiyalar - 34 DƏFƏDƏN ÇOX AZALIB

Norveçdən Azərbaycana yatırılan investisiyaların həcmində kəskin azalma baş verib. biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Cari ildə bu ölkədən cəmi 2 milyon 990 min dolla

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - AÇIQLADI

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmill

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə


iqtisadi xeberler bitkoin almaq biznes xeberleri dollar manat kursu kicik biznes