Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.
Qeyd olunub ki, AMB tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycanda internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təşviq edildiyi, ölkə rezidentlərinin həmin platformalara cəlb olunduğu müəyyənləşdirilib.
Mərkəzi Bank vurğulayıb ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın olması həmin platformaya Azərbaycan ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri təşviq etmək hüququ vermir.
Qanunvericiliyə əsasən, Azərbaycanda investisiya xidmətlərinin göstərilməsi yalnız Mərkəzi Bankın verdiyi müvafiq lisenziya əsasında mümkündür.
AMB vətəndaşlara hər hansı investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziyasının olub-olmadığını yoxlamağı tövsiyə edib.
Mərkəzi Bank investor hüquqlarının qorunması məqsədilə vətəndaşlara investisiyalarını yalnız AMB tərəfindən investisiya şirkəti lisenziyası verilmiş şəxslərə etibar etməyi tövsiyə edib.
Lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ
Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə
Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib
"Araş" firmasına yeni rəhbər təyin olunub
"PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı
BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb
PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
"iPhone 15" modelinin üstünlükləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları