Neft Fondu Perunun nəhəng enerji sirkətinə - "Inkia Energy"yə investisiya edib
Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan "Inkia Energy" şirkətinə investisiya edib.
Fonddan FED.az-a verilən məlumata görə, 2026-cı ilin fevral ayında Kanadanın pensiya fondu olan "Canada Pension Plan Investment Board" ("CPPIB") "Inkia Energy" şirkətinin 50 faiz payını "I Squared"-dən əldə edib. Qalan 50 faiz pay isə ARDNF-nin də iştirak etdiyi və "I Squared" tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə satın alınıb.
"Inkia Energy" hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 faizini təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib.
Inkia Energy Perunun enerji sektorunun aparıcı iştirakçılarından biri olmaqla yüksək əməliyyat göstəricilərinə malikdir. Sözügedən investisiya ARDNF-nin uzunmüddətli investisiya strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir və güclü fundamental göstəricilərə, eləcə də əlverişli risk-gəlirlilik profilinə malik elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlər üzrə investisiya portfelini gücləndirir.
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
"I Squared Capital" haqqında
"I Squared Capital" orta bazar seqmentinə yönəlmiş aparıcı müstəqil qlobal infrastruktur investoru olmaqla, idarəetməsində 60 milyard ABŞ dollarından artıq həcmdə aktivə malikdir. 2012-ci ildə təsis edilmiş şirkət bu gün enerji və kommunal xidmətlər, nəqliyyat və logistika, rəqəmsal ekoloji və sosial infrastruktursahələrini əhatə edən geniş investisiya portfeli ilə dünyanın ən şaxələndirilmiş infrastruktur investorlarından biri kimi fəaliyyət göstərir. Şirkətin investisiyaları dünya üzrə milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan infrastruktur xidmətlərinin göstərilməsinə töhfə verir.
Hazırda "I Squared Capital"-ın investisiya portfelinə 70-dən çox ölkədə fəaliyyət göstərən 100-dən artıq şirkət daxildir. Şirkətin baş ofisi ABŞ-nin Mayami şəhərində yerləşir, Əbu-Dabi, London, Münhen, Nyu-Dehli, San-Paulu, Sinqapur, Sidney və Taybey şəhərlərində isə şirkətin nümayəndəlikləri fəaliyyət göstərir.

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib
Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb
"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da
"Sea Breeze" yeni şirkət yaratdı
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
Biznes təlimlər və tədris üsulları
SMM nə deməkdir?
Biznes planı necə yazmaq lazımdır?
Françayzinq nədir və necə olur?
ƏDV geri al və onun üstünlükləri