"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar.
Banker.az bankın bildirişinə istinadən xəbər verir ki, yığıncaq saat 11:00-da Bakıda, Həsən bəy Zərdabi prospekti, 81K ünvanında yerləşən baş ofisdə keçiriləcək. Bankın 2027-ci il üzrə büdcə layihəsinin və 2027–2029-cu illər üzrə strateji planının təsdiqi də gündəliyə daxil edilib.
Hazırda bankın İdarə Heyətinə Anar Həsənov sədrlik edir. Emil Duşdurov, Günay Cəlilova və Elşən Pirmalıyev sədr müavinləri, Səbuhi Süleymanlı isə İdarə Heyətinin üzvü və baş risk inzibatçısıdır. Müşahidə Şurasının sədri Marina Kulişova, üzvü Tomas Engelhardt, müstəqil üzvü isə Klaudia Sandra Müllerdir.
"Yelo Bank"ın səhmlərinin 98,94%-i Marina Kulişovaya, 0,96%-i Anar Həsənova, 0,10%-i isə "İSR Holdinq" MMC-yə məxsusdur.
Səhmdarların ümumi yığıncağı bankın ali idarəetmə orqanıdır. Səhmdarlar yığıncaqda iştirak edib səs verə bilərlər. "Banklar haqqında" Qanuna əsasən, bankın büdcəsinin və illik maliyyə hesabatlarının təsdiqi, dividendlərin ödənilməsi barədə qərarların qəbulu, eləcə də İdarə Heyəti üzvlərinin təyin və vəzifədən azad edilməsi ümumi yığıncağın səlahiyyətlərinə daxildir. İdarə Heyətinin təyinatı üzrə qərar yığıncaqda təmsil olunan səslərin 75%-lik çoxluğu ilə qəbul edilir.
Bank 2026-cı ilin üçüncü rübünün nəticələrini açıqlayıb. Sentyabrın sonuna aktivlər ilin əvvəli ilə müqayisədə 43 milyon manat artaraq 1,56 milyard manata, kredit portfeli isə 61,2 milyon manat artaraq 1,15 milyard manata çatıb. Bankilk üç rübdə 17,2 milyon manat xalis mənfəət əldə edib.

Banklar     Tarix: 04 noyabr 2026

Oxşar xəbərlər

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler dollar mezenne birbank dollarin kursu bu gun bitkoin