"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib.
Banker.az bu barədə reytinq agentliyinə istinadən xəbər verir.
Qeyd olunubki, 2025-ci ilin sonuna Azərbaycan banklarının likvid aktivlərinin ümumi bank aktivlərində payı 37,4% təşkil edib.
Bu göstərici Qazaxıstanda 37,5%, Ermənistanda 35,3%, Özbəkistanda 32,1%, Gürcüstanda isə 25,7% olub.
Beləliklə, Azərbaycan likvid bank aktivlərinin payına görə müqayisə edilən beş ölkə arasında ikinci yerdə qərarlaşıb.
"Moody"s"in məlumatına görə, Azərbaycanda bankların maddi əsas kapitalının risklə ölçülmüş aktivlərə nisbəti 19,2% təşkil edib.
Müvafiq göstərici Qazaxıstanda 20,4%, Ermənistanda 17,9%, Gürcüstanda 17,1%, Özbəkistanda isə 13,9% səviyyəsində olub.
Azərbaycan bu göstərici üzrə də regionun müqayisə edilən ölkələri arasında ikinci yerdədir.
Agentlik Mərkəzi Asiya və Qafqaz ölkələrinin bank sektorlarının potensial itkiləri qarşılamaq üçün güclü ehtiyatlara malik olduğunu vurğulayıb.
"Moody"s"in qiymətləndirməsinə əsasən, bankların mövcud kapital və likvidlik ehtiyatları kreditləşmənin genişləndirilməsi üçün kifayətdir.
Bununla yanaşı, hesabatda region banklarının maliyyələşmə mənbələrinin əsasən qısamüddətli və nisbətən bahalı olduğu qeyd edilib. Azərbaycanda 2025-ci ilin sonuna qısamüddətli vəsaitlərin ümumi maliyyələşmədə payı 95% təşkil edib.

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Bitcoin necə işləyir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Startup nədir və necə olur?
İKEA şirkətinin tarixi