İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməsi nəticəsində Böyük Britaniyanın "Investors in People" təşkilatının "We Invest in People – Silver" (Gümüş) akkreditasiyasına layiq görülüb.
Böyük Britaniyada təsis edilmiş "Investors in People" təşkilatı liderlik, insan kapitalının idarə edilməsi, əməkdaşların inkişafı və korporativ mədəniyyət sahələrində təşkilatların fəaliyyətini beynəlxalq meyarlar əsasında qiymətləndirir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"We Invest in People" proqramı "Standard", "Silver", "Gold" və "Platinum" olmaqla 4 səviyyəni əhatə edir. İSB akkreditasiya prosesində ilk dəfə iştirak etməsinə baxmayaraq, birbaşa "Silver" səviyyəsini əldə edib.
Akkreditasiya prosesi çərçivəsində İSB-nin liderlik yanaşmaları, strateji məqsədlərin əməkdaşlara çatdırılması, fəaliyyətin qiymətləndirilməsi, motivasiya mexanizmləri, təlim və karyera inkişafı imkanları, əməkdaşların qərarvermə proseslərində iştirakı və daxili kommunikasiya təcrübələri qiymətləndirilib. Nəticələr Büronun korporativ mədəniyyətini, əməkdaşlıq mühitini və təşkilati inkişaf potensialını ön plana çıxarıb.
İSB üçün insan kapitalının inkişafı rəqəmsal transformasiya, texnoloji innovasiyalar və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi kimi strateji hədəflərin mühüm tərkib hissəsidir. Bu istiqamətdə əməkdaşların bilik və bacarıqlarının artırılması, fəaliyyət nəticələrinin qiymətləndirilməsi, təcrübə mübadiləsi və daxili kommunikasiyanın gücləndirilməsi üzrə təcrübələr davamlı olaraq təkmilləşdirilir.
İSB beynəlxalq qiymətləndirmə nəticələrini nəzərə alaraq liderlik bacarıqlarının gücləndirilməsi, əməkdaşların iştirakçılığının artırılması və peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.
/ marja.az

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb
"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib
Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi
Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb
Biznes təlimlər və tədris üsulları
Françayzinq nədir və necə olur?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən zəngin idmançıları
Ən bahalı otellər hansılardır?