"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək
Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək.
Bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" şirkətinin Azərbaycanla bağlı pronqozunda bildirilib.
Hesabata əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) 2026–2027-ci illərdə ehtiyatlı və iqtisadi göstəricilərə əsaslanan pul siyasəti yürüdəcəyi gözlənilir. Qurumun qiymətləndirməsinə görə, 2026–2027-ci illərdə inflyasiya təzyiqləri tədricən azalacaq. Bununla belə, yaxın regiondakı geosiyasi risklər səbəbindən Azərbaycan təchizat zəncirlərindəki dəyişikliklərə həssas olaraq qalacaq.
Hesabatda qeyd olunur ki, 2026-cı ilin iyununda Azərbaycanda illik inflyasiya 5,7% təşkil edərək Mərkəzi Bankın 2–6%-lik hədəf diapazonunun yuxarı həddinə yaxınlaşıb. "Fitch Solutions" qiymət təzyiqlərinin güclənməsini qismən ABŞ–İran müharibəsi nəticəsində yaranan təchizat zənciri pozuntuları ilə əlaqələndirir.
Qurum bildirir ki, inflyasiya təzyiqlərinin artması Mərkəzi Bankın 2025-ci ilin dekabrında başladığı faiz endirimi prosesini ləngidib. Qiymətlərin yüksəlməsi risklərinin davam etməsi fonunda tənzimləyicinin növbəti qərarlarda da ehtiyatlı davranacağı gözlənilir.
Qeyd edək ki, Mərkəzi Bankın uçot dərəcəsi hazırda 6,5%, faiz dəhlizinin yuxarı 7,5%, aşağı həddi isə 5% təşkil edir. AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını oktyabrın 29-da açıqlayacaq. İlin sonuncu faiz qərarı isə dekabrın 23-də açıqlanacaq.

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək
Dünyanın ən zəngin idmançıları
Biznes nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Bitcoin necə işləyir?
Ev şəraitində pul qazanmağın yolları