Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏRAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda ölkəmizdə meyvə bağçılığının inkişaf etdirilməsi və bitkiçilik məhsullarının sığortalanması ilə bağlı mühüm vəzifələr nəzərdə tutulub.
Hazırda Azərbaycanda istehsal olunan əsas kənd təsərrüfatı məhsullarından biri də fındıqdır. Son bir neçə ildə ölkədə fındıqçılıq sürətlə inkişaf edərək əsas ixrac sahələrindən birinə çevrilib.
Hər il Azərbaycandan xaricə 150–170 milyon dollarlıq fındıq ixrac edilir. 2022–2026-cı illərdə fındıq ixracı Azərbaycana 640 milyon dollara yaxın gəlir gətirib. Təkcə ötən il Azərbaycandan xaricə ümumi dəyəri 170,7 milyon dollar olan 19 min ton fındıq ixrac olunub. Beynəlxalq statistika göstərir ki, Azərbaycan dünyada fındıq ixracı üzrə ilk yerlərdən birini tutur.
Adətən quru iqlimdə yetişdirilən fındıq bağları ölkənin müxtəlif ərazilərində yerləşir. Ümumilikdə, Azərbaycanda fındıq bağlarının sahəsi 79 min hektara çatır, onlardan 60 min hektarı bar verir. Hər il fermerlər bu sahələrdən 66–68 min ton fındıq tədarük edirlər.
Fındıq bağlarının məhsuldarlığı rayonlardan və bağlara qulluq səviyyəsindən asılı olaraq dəyişir və hektardan 10–25 sentner (1–2,5 ton) arasında ola bilir. Ölkə üzrə fındıq bağlarının orta məhsuldarlığı 11 sentnerdir.
Azərbaycandakı fındıq bağlarının təxminən 20 min hektarı Quba-Xaçmaz regionundadır. Bu, bütün ölkə üzrə əkinlərin 30%-i deməkdir. Təkcə Xaçmaz rayonunda 11 148 hektar fındıq bağı var.
Ölkədə fındıq bağlarının sahəsi hər il 500–600 hektar artır. Bu sahədə əsas inkişaf işğaldan azad olunmuş bölgələrdə müşahidə edilir.
İxrac və daxildə emal imkanları sayəsində fındıqçılıq Azərbaycanda ayrı-ayrı bölgələrin rifahında böyük rol oynayır. Bu sahədən əldə olunan gəlirlərdən hər il minlərlə fermer ailəsi faydalanır. Üstəlik, son illər qiymətlərdə baş verən artımlar sayəsində bu sahə yüksək gəlirlilik nümayiş etdirir və bağ sahiblərinə gəlir gətirir.
Amma baş verə biləcək təbiət hadisələri fındıq bağlarına təsir edə, məhsulun məhv olmasına və fermerlərin gəlirlərinin kəskin azalmasına səbəb ola bilər. Söhbət dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu və sair hallardan gedir.
Təsərrüfatları belə hallardan Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi qoruyur.
Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən aqrar sığorta 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanmasına imkan verir. Mexanizmin əsas xüsusiyyəti onun subsidiyalı olması, yəni sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir.
Fındıq bağlarının sahibləri bağlarını Aqrar Sığorta Fondunda dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalaya bilərlər.
Hesablamaya görə, məsələn, Quba-Xaçmaz regionuna daxil olan Xaçmaz rayonunda 1 hektar fındıq bağının əsas risklərdən sığortalanması fermerə cəmi 26 manata başa gəlir.
Bu hesablamada 1 hektardan 12 sentner – 1,2 ton fındıq məhsulu, fındığın sahədə satış qiymətinin isə 1 kiloqram üçün 3 manat olması əsas götürülüb.
Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri 1 200 kq × 3,0 manat = 3 600 manat təşkil edir. Xaçmazda və ümumiyyətlə, Quba-Xaçmaz regionunda fındığın sığortalanması üzrə sığorta tarifi cəmi 1,45% təşkil edir. Bu göstəricilər əsasında hesablanan ümumi sığorta haqqı təxminən 52 manatdır. Aqrar sığorta haqqının 50%-ni dövlət ödədiyinə görə, fermerin ödədiyi məbləğ cəmi 26 manat təşkil edir.
Başqa sözlə, fermer 3 600 manatlıq fındıq məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 26 manat ödəyir. Bu məbləğ fındıq bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır. Xatırladaq ki, 1 hektar məhsuldar fındıq bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 800–1200 manat səviyyəsindədir. Nəticədə 26 manatlıq sığorta haqqı bağa qulluq xərcinin cəmi 2–3%-i qədərdir.
Başqa sözlə, fermer fındıq bağını sığortalamaq üçün bağa çəkdiyi xərcdən 30–50 dəfə az vəsait sərf edir.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmindən ən çox faydalanan rayonlardan biri də Xaçmaz rayonudur. Belə ki, indiyədək Xaçmaz rayonunda ümumilikdə 1 milyon 83 min manat aqrar sığorta ödənişi edilib. Bunun 1 milyon 57 min manatı bitkiçilik sığortası, 26 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənilib və bu məbləğlər hər gün artmaqdadır.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkinlərini, tarla bitkilərini və meyvə bağlarını qorumağa, dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür. / marja.az

Banklar     Tarix: 21 oktyabr 2026

Oxşar xəbərlər

Bank aktivlərinin 71,5%-i beş bankın payına düşür

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Aktivlərin həcminə görə ilk beş bankın — "ABB", "Kapital Bank", "PAŞA Bank"

Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib

Azərbaycanda güzəştli kreditlərin, zəmanət və faiz subsidiyalarının verilməsi üzrə elektron prosedurları tənzimləyən "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi yeni redaksiyada təsdiqlənib. xəbə

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artı

Bankların doqquz aylıq xalis mənfəəti 1,08 milyard manata çatıb

Azərbaycanda renkinqə daxil edilən 21 bank 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 milyard 81,79 milyon manat xalis mənfəət əldə edib. xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 170,51 milyon mana

Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı

İqtisadiyyat Nazirliyinin 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməz — 1 dollar üçün 1,70 manat səviyyəsində nəzərdə tutulub. xəbər verir ki, bu fərziyyə dövlət v

PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib

"PAŞA Bank" ASC 2027–2029-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə hazırlaşır. Bank qarşıdakı üç ildə biznesin dayanıqlı böyüməsinə, kiçik və orta sahibkarlıq (KOS) və B2B ekosisteminin genişləndirilməsinə

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə

İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür. Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİM

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə" adlı tədbir keçirilib

Oktyabrın 14-də JW Marriott Absheron Bakı hotelində baş tutan tədbirdə dövlət qurumlarının, maliyyə institutlarının, nəqliyyat və logistika sektorunun, eləcə də iri biznesin rəhbər nümayəndələri bir araya gəliblər. Tədbiri

Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib

Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər edib. Bu barədə Dünya Bankı Qrupunun məlumatında bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredi


iqtisadi xeberler bu gunun xeberleri bitkoin bitkoin almaq depozit faizleri