Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu®Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhlil edə və aktivlərinin bölgüsünü daha aydın görə bilərlər. Giriş prosesinin sadələşdirilməsi və əsas ekrandakı məlumatların daha əlçatan olması da investisiya təcrübəsini rahatlaşdırır.
Yeni versiyada portfelin nəticələrini izləmək üçün tamamilə yenilənmiş qrafik təqdim olunur. İstifadəçilər performansı 1 gün, 7 gün, 1 ay, 6 ay, 1 il, ilin əvvəlindən cari tarixədək və bütün dövr üzrə müqayisə edə bilərlər. Bu, portfelin zamanla necə dəyişdiyini izləməyə və müxtəlif dövrlərin nəticələrini qiymətləndirməyə imkan verir.
İnvestisiya fəaliyyətini daha dərindən anlamaq istəyənlər üçün isə yeni "Analitika" bölməsi yaradılıb. Burada seçilmiş dövr üzrə ümumi gəlir, ödənilmiş komissiyalar, əldə edilmiş dividendlər, ticarət nəticələri, müsbət və mənfi nəticə ilə bağlanan əqdlər, eləcə də ümumi mədaxil və məxaric barədə məlumatlar təqdim olunur. Beləliklə, istifadəçilər yalnız portfellərinin cari dəyərini deyil, müəyyən müddət ərzində həyata keçirdikləri əməliyyatların nəticələrini də təhlil edə bilərlər.
Yeni versiyada portfelin ümumi dəyərini və aktivlərin bölgüsünü izləmək də daha asan olub. İstifadəçilər səhmlərdə və ETF-lərdə yerləşən vəsaiti, eləcə də bu aktivlərin portfeldəki payını daha aydın görə bilərlər. Gündəlik istifadəni rahatlaşdırmaq üçün gözləmədə olan alış və satış sifarişləri əsas səhifədə ayrıca göstərilir, maraq doğuran şirkət və aktivlərin izlənildiyi "Watchlist" isə daha əlçatan yerdədir.
Birbank Invest-də qeydiyyat və giriş prosesi də indi daha sadədir. Belə ki, Bir ID ilə daxil olan müştərilərin əlavə üz tanıma mərhələsindən keçməsinə ehtiyac qalmayıb. Bununla yanaşı, iOS istifadəçiləri üçün tətbiqin dizaynı "Liquid Glass" yanaşması əsasında yenilənib və daha müasir vizual görünüş əldə edib.
Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə birgə təqdim olunur. / banker.az

Banklar     Tarix: 21 oktyabr 2026

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-yə məxsus "Bank of New York Mellon" arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Tale

Bank Avrasiya III rübdə gəlirlilik və maliyyə dayanıqlılığı göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirib

Bank sektorunda uğurlu fəaliyyət yalnız gəlirlərin artımı ilə deyil, həm də aktivlərin keyfiyyəti, resurs bazasının sabitliyi, kapitalın adekvatlığı və əməliyyat səmərəliliyi kimi fundamental göstəricilər üzrə əldə oluna

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

Bank aktivlərinin 71,5%-i beş bankın payına düşür

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Aktivlərin həcminə görə ilk beş bankın — "ABB", "Kapital Bank", "PAŞA Bank"

Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ təcrübəsini öyrənib

Moldova, Qırğızıstan, Özbəkistan, Ukrayna və Polşada fəaliyyət göstərən bir sıra informasiya texnologiyaları şirkətlərinin rəhbərləri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində qonaq olublar. . Bankın rəqəmsal transformasiya

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub

Azərbaycanda fəaliyyət göstərən 21 bank və xarici bank filialının 2026-cı ilin yanvar-sentyabr ayları üzrə cəmi xalis mənfəəti 1 milyard 81 milyon 773 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artı


iqtisadi xeberler en son xeberler dollar mezenne rubl mezenne dollarin kursu bu gun