Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi"Sonra ödəyərəm"… Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imkan sayəsində müntəzəm ödənişləri bir dəfə təyin edib, qalanını mobil tətbiqə həvalə etmək mümkündür.
İstifadəçilərə iki rahat seçim təqdim edilir:
Tarixə görə ödəniş: Müştərinin seçdiyi tarixdə məbləğ hesabdan və ya kartdan avtomatik çıxılır.
Borca görə ödəniş: Cari borc yarandıqda ödəniş borc məbləğinə uyğun olaraq avtomatik həyata keçirilir.
Nəticədə ödənişi unutmaq riski aradan qalxır, vaxta qənaət olunur, hər şey isə tək toxunuşla idarə edilir. Artıq ödəniş tarixlərini yadda saxlamağa və ya son günə qədər gözləməyə ehtiyac yoxdur.
Sınamaq üçün Yelo App-ə daxil olub ödənişlər bölməsində "Yarat" seçiminə toxunun və öz avto-ödənişinizi saniyələr içərisində qurun. Qeyd edək ki, hələlik bu imkandan yalnız Android istifadəçiləri yararlana bilərlər.
Yelo Bank müştərilərinin gündəlik maliyyə rutinini daha da asanlaşdırmaq üçün Yelo App-i inkişaf etdirməyə davam edir. Yaxın dövrdə tətbiqdə yeni funksiyalar istifadəyə veriləcək, mövcud imkanlar isə daha da təkmilləşdiriləcək. Daha ətraflı: .
Bankdan kredit ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
  / banker.az

Banklar     Tarix: 20 oktyabr 2026

Oxşar xəbərlər

2026-cı ilin ilk üç rübündə ən böyük xalis mənfəət əldə edən bankların RENKİNQİ

Azərbaycanda renkinqdə yer alan 21 bankın xalis mənfəəti 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 1 081,79 milyon manata çatıb. Bir il əvvəl bu göstərici 911,28 milyon manat olub. Banklarda

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm"… Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxil

Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub

Azərbaycanda fəaliyyət göstərən 21 bank və xarici bank filialının 2026-cı ilin yanvar-sentyabr ayları üzrə cəmi xalis mənfəəti 1 milyard 81 milyon 773 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17

Bankların aktivlərinin RENKİNQİ: həcm, bazar payı və dinamika (01.10.2026)

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Yanvarın 1-i ilə müqayisədə aktivlər 6,89 milyard manat və ya 12,1% artıb. bunu bankların hesabatları əsasınd

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq

Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankd

ABB-dən "Uşaq yığım" əmanəti

Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətin

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. Bu barədə "Fars" agentliy

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə


iqtisadi xeberler valyuta mezennesi biznes krediti leobank kart birbank