Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir.
Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının 2025-ci və 2026-cı illərin sentyabr ayları üzrə statistik bülletenlərində təqdim olunan "Bank sektorunun mənfəət və zərər haqqında hesabatı" cədvəllərinin müqayisəsinə istinadən xəbər verir.
30 sentyabr 2026-cı il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 63 milyard 621 milyon 700 min manat, cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838 milyon 700 min manat olmuşdur. Sentyabr ayında bankların cəmi aktivləri 1.8%, cəmi öhdəlikləri 1.9%, balans kapitalı isə 1.1% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 2.6% və ya 860 milyon 500 min manat artaraq 33 milyard 684 milyon 700 min manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.7% (18 milyard 440 milyon manat);
ıı) istehlak kreditləri – 30.9% (10 milyard 407 milyon 900 min manat) 
ııı) ipoteka kreditləri – 14.4% (4 milyard 836 milyon 800 min manat).
Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 12% və ya 3 milyard 621 milyon 700 min manat artmışdır (2025-ci ilin müvafiq dövrü üzrə artım 6.5% olmuşdur).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76%-i və ya 42 milyard 257 milyon 700 min manat. Depozit portfelinin 56.4%-i (23 milyard 821 milyon 400 min manat) hüquqi şəxslərin, 43.6%-i (18 milyard 436 milyon 300 min manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 71.4%-i (13 milyard 162 milyon 500 min manat) milli valyutada, 28.6%-i (5 milyard 273 milyon 800 min manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (11 milyard 731 milyon 600 min manat) müddətli əmanətlərdən ibarətdir. Sentyabr ayında fiziki şəxslərin müddətli əmanətləri 1.8% və ya 211 milyon manat artaraq 11 milyard 731 milyon 600 min manat təşkil etmişdir.
2026-cı ilin sentyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.6% (5,801 əmanətçi), ilin əvvəlindən isə 19.4% (37,723 əmanətçi) artaraq 231.9 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 97 milyon 600 min manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76%-ni təşkil etmişdir.
2026-cı ilin yanvar - sentyabr aylarında banklar 1 milyard 81 milyon 800 min manat xalis mənfəət, 1 milyard 697 milyon 200 min manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 270 milyon 800 min manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 11.7% artaraq 45 milyard 117 milyon 500 min manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 150 milyon 200 min manat azalaraq 3 milyard 111 milyon 600 min manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 11.0% artmış, kredit kartlarının sayı isə 3.9% azalmışdır. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.7% artmışdır.
2026-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 755 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 220 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC üzrə ödəniş xidməti şəbəkələrində cari ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 0.2%, POS-terminalların sayı isə 4.6% azalmışdır.

Banklar     Tarix: 28 oktyabr 2026

Oxşar xəbərlər

Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan

Ziraat Bank Azərbaycan müştərilərinə vəsaitlərini etibarlı şəkildə dəyərləndirmək, yüksək faiz gəliri əldə etmək və əlavə hədiyyə qazanmaq üçün yeni depozit kampaniyası təqdim edir. Ziraat Bank Azərbaycan müştərilərinə vəsaitlərin

"Bank BTB"nin hüquqi varisi kreditorlarına müraciət edib

"Bank BTB" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi nəticəsində yaradılmış "T-Kredit" MMC ləğv olunduğunu elan edib. xəbər verir ki, təşkilat bununla bağlı kreditorlarına müraciət ünvanlayıb

"AccessBank"ın rəhbərlərindən biri bankdan ayrıldığını açıqlayıb

Birləşmə ərəfəsində olan "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü, baş əməliyyat inzibatçısı Teymur Ağakişiyev bankdan ayrıldığını açıqlayıb. xəbər verir ki, o, qərarını bankın səhmdarlığında və strukturunda gözlənilə

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb

"Azərbaycan Sənaye Sığorta" ASC-də 2026-cı ilin yanvar–sentyabr aylarında sığorta haqları və ödənişlərinin dinamikası əks istiqamətdə dəyişib. xəbər verir ki, şirkətin topladığı sığorta haqları 2025-ci ilin eyn

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib

Azərbaycanda həyat sığortası şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi 2026-cı ilin yanvar–sentyabr aylarında 650 milyon 712 min manat təşkil edib. -ın şirkətlər üzrə statistik məlumatlar əsasında apardığ


iqtisadi xeberler dollar məzənnəsi bitcoin qiymeti iqtisadiyyat xeberleri bitkoin almaq