Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasir qadınların sağlamlığı üçün ən böyük təhlükə elan edib.
Bəs qadınlar süd vəzi xərçəngi ilə bağlı yarana biləcək maliyyə risklərindən özlərini necə qoruya bilərlər?
Süd vəzi xərçəngi yalnız sağlamlıqla bağlı deyil, həm də ciddi maliyyə çətinlikləri yarada bilən xəstəlikdir. Belə vəziyyətlərdə sığorta təminatı qadınların və onların ailələrinin üzərinə düşən maliyyə yükünün azaldılmasına kömək edə bilər.
"PAŞA Həyat Sığorta" qadınların sağlamlığına və maliyyə təhlükəsizliyinə dəstək məqsədilə süd vəzi xərçənginə qarşı "GüclüSən" adlı həyat sığortası məhsulunu təqdim edib.
Azərbaycanda süd vəzi xərçənginə qarşı xüsusi olaraq hazırlanmış bu sığorta məhsulu qadınlara xəstəliklə bağlı gözlənilməz vəziyyətlərdə maliyyə dəstəyi göstərir. Məhsul hazırda süd vəzi xərçəngi diaqnozu olmayan qadınlar üçün nəzərdə tutulub. Yəni məhsulun əsas məqsədi xəstəlik baş verməzdən əvvəl qadınlara mümkün maliyyə risklərinə qarşı sığorta təminatı yaratmaqdır.
Məhsul süd vəzi xərçəngi diaqnozu ilə üzləşən qadınlara 30 min manat məbləğində sığorta təminatı təqdim edir. Şəxs bu məbləği ölkə daxilində və ya xaricdə müalicə, tibbi konsultasiya, əlavə müayinələr və həmin dövrdə yaranan digər ehtiyacları üçün istifadə edə bilər.
Gələcəkdə süd vəzi xərçəngi ilə bağlı yarana biləcək maddi çətinlikləri azaltmaq üçün "GüclüSən" sığortasını bu gündən əldə edin.
Məhsul haqqında ətraflı məlumat əldə etmək və müraciət etmək üçün ünvanına daxil olmaq və ya 942 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. / marja.az

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb
"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi
Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi
BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib
Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb
Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?