Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verir

Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verirKapital Bank növbəti strateji dövrdə mikro kredit portfelini 1 milyard manata çatdırmağı və maliyyələşdirdiyi sahibkarların sayını artırmağı planlaşdırır.
Bu barədə Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda bankın mikro kredit müştərilərinin sayı 100 mini ötür, kredit portfeli isə 660 milyon manat səviyyəsindədir.
Bəxtiyar Rəsulov qeyd edib ki, növbəti strateji dövrdə əsas hədəflər bazar payının artırılması, kredit portfelinin genişləndirilməsi və daha çox sahibkarın maliyyələşdirilməsidir.
"Bu gün kredit satışlarının sayına görə bazarda birinci yerdəyik. Növbəti strateji dövrdə isə kredit portfelimizi 1 milyard manata çatdırmağı hədəfləyirik", – deyə o, bankın bazar araşdırmasının nəticələrinə istinadən bildirib.
Kapital Bank hər ay təxminən 13 min mikro kredit verir
Bəxtiyar Rəsulov bildirib ki, bank təxminən dörd il əvvəl mikro kreditləşmə modelinin transformasiyasına başlayıb. Bu dəyişikliklərin əsas məqsədi sahibkarların maliyyəyə çıxışını sürətləndirmək və ənənəvi sənədləşmə proseslərini sadələşdirmək olub.
Hazırda bank ay ərzində təxminən 13 min kredit verir. İş günləri və saatları nəzərə alındıqda bu, orta hesabla hər dəqiqədə ən azı bir kredit deməkdir.
Kredit satışlarının təxminən 90 faizi rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Müştərinin biznesi haqqında məlumatlar dəqiqləşdirildikdən sonra kredit qərarlarının təxminən 95 faizi avtomatik qəbul edilir.
Bankın Birbank və Birbank Biznes tətbiqləri üzərindən kreditlərin əksər hallarda 5 dəqiqə ərzində, insan müdaxiləsi olmadan rəsmiləşdirilməsi mümkündür.
Süni intellekt sahibkarlara kredit təklif etməyə başlayıb
Bəxtiyar Rəsulovun sözlərinə görə, Kapital Bank satış prosesində süni intellekt texnologiyalarından istifadəni genişləndirir. Hazırda bankda "AI Sales Agent" adlı həll pilot mərhələsindədir. Bu sistemdə sahibkarla ilkin əlaqəni bank əməkdaşı deyil, süni intellekt qurur.
Süni intellekt sahibkara kredit təklif edir, onun suallarını cavablandırır və təklifin uyğun olmaması halında səbəbləri müəyyənləşdirməyə çalışır. Toplanan məlumatlardan asılı olaraq müştəriyə alternativ maliyyə məhsulu da təklif oluna bilir.
Bank gələcəkdə kredit qərarlarının qəbulunda, müştəri davranışlarının təhlilində və fərdiləşdirilmiş maliyyə təkliflərinin hazırlanmasında da süni intellektdən istifadə etməyi planlaşdırır.
50 mindən çox sahibkar ilk biznes kreditini əldə edib
Müsahibədə bildirilib ki, 50 mindən çox fərdi sahibkar ilk biznes kreditini Birbank Biznes vasitəsilə əldə edib. Bu kreditlərin ümumi məbləği 300 milyon manat təşkil edib.
Bəxtiyar Rəsulovun sözlərinə görə, bankdan kredit götürən minlərlə mikro sahibkar sonradan biznes dövriyyəsini artıraraq kiçik və orta biznes kateqoriyasına keçib.
Bank rəsmisi vurğulayıb ki, gələcəkdə rəqabəti yalnız kreditin məbləği və şərtləri deyil, həmçinin maliyyə təşkilatlarının sahibkarların ehtiyaclarını nə qədər düzgün müəyyənləşdirməsi və onlara uyğun həlləri hansı sürətlə təqdim etməsi müəyyən edəcək.

Banklar     Tarix: 24 oktyabr 2026

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR

Rabitəbank tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiya imkanlarının genişləndirilməsi və təqdim olunan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi məqsədil

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Bankların aktivlərinin RENKİNQİ: həcm, bazar payı və dinamika (01.10.2026)

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Yanvarın 1-i ilə müqayisədə aktivlər 6,89 milyard manat və ya 12,1% artıb. bunu bankların hesabatları əsasınd

Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrini

Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəhimli Xədicə Tərlan qızına verilmiş sığorta agenti fəaliyyəti üzrə lisenziyanı ləğv edib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti 13 oktyabr 2026-cı il tarixində qərar qəbu

Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verir

Kapital Bank növbəti strateji dövrdə mikro kredit portfelini 1 milyard manata çatdırmağı və maliyyələşdirdiyi sahibkarların sayını artırmağı planlaşdırır. Bu barədə Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiya

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında korporativ idarəetmə tələblərini yeniləyəcək. xəbər verir ki, bunu AMB-nin sədr müavinı Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Ris

Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)

Azərbaycanda bankların ümumi depozit portfeli 2026-cı ilin ilk doqquz ayında 11% artaraq 42,26 milyard manata çatıb. xəbər verir ki, bu, bankların maliyyə hesabatları əsasında aparılan hesablamalardan məlum olur. Həcm üzr


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi bitkoin almaq avtomobil xeberleri