Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb
2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,7 milyon manat və ya 17,4% çoxdur.
Banker.az xəbər verir ki, qeyri-rezidentlərin manatla əmanətləri son bir ildə 538,3 milyon manatdan 722,6 milyon manata yüksəlib. Beləliklə, milli valyutada yerləşdirilən vəsaitlər 184,3 milyon manat və ya 34,2% artıb.
Xarici valyutada əmanətlərin manat ekvivalentində həcmi isə 818,9 milyon manatdan 870,3 milyon manata çatıb. Bu, illik müqayisədə 51,4 milyon manat və ya 6,3% artım deməkdir.
Nəticədə qeyri-rezidentlərin əmanətlərində xarici valyutanın payı ötən ilin sentyabrındakı 60,3%-dən 54,6%-ə enib. Manatla əmanətlərin payı isə 39,7%-dən 45,4%-ə yüksəlib.
Sentyabr ayında qeyri-rezident fiziki şəxslərin banklardakı vəsaitləri avqustla müqayisədə 8,2 milyon manat və ya 0,5% artıb.
Eyni zamanda, rezident fiziki şəxslərin əmanətləri son bir ildə 19,5% artaraq 17 milyard 247,3 milyon manata çatıb.
Beləliklə, qeyri-rezidentlərin ölkə üzrə ümumi fiziki şəxs əmanətlərində payı ötən ilin sentyabrındakı 8,6%-dən 8,5%-ə enib.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İban nədir?
Evdə biznes qurmağın yolları
SMM nədir?
Necə Bitcoin almaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?