Dünyada ən çox oxunan 5 kitab

Dünyada ən çox oxunan 5 kitab1. Charles Dickens "İki şəhərin hekayəsi" kitabı.

Charles Dickensin "İki şəhərin hekayəsi" kitabı 1859-cu ildə ədəbiyyata qatılması ilə klassik ədəbiyyatda öz yerini edib və bütün dövrlərin ən çox oxunan kitabları içərisində özünə yer alıb.

Artıq heç kəsə yad deyil ki, kitabları məşhurlaşdıran, kitablara oxucu qazandıran cümlə onun ilk cümləsidir. "İki şəhərin hekayəsi"də də belədir.

Kitabın ilk cümləsi "bütün zamanların ən yaxşısı, bəlkə də ən pisi idi" ilə başlayır.

Bu cümlə kitaba o qədər məşhurluq qazandırır ki, onu yanlız Hamletin "olmaq, ya olmamaq" fikri ilə müqayisə edirlər.

2. Lev Tolstoy "Anna Karenina" kitabı.

Kitabın axıcılığı, bütün dövrlər üçün aktuallığı və əksər insanları özündə əks etdirməyi təbii ki, L.Tolstoyu unudulmazlardan edəcəkdi.

Kitab "bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bütün bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir" başlanğıc cümləsilə oxucunu özünə kilidləyir və sona qədər kitabdan ayrılmağa qoymur.

Əbəs deyil ki, L.Tolstoy özü də "Anna Karenina"nı yazarkən də öz əlyazmalarına kilidlənmişdi. Hətta Anna Kareninanın yasını da saxlamışdı.

Annanın yası demişkən, L.Tolstoy "Anna Karenina" kitabını yazarkən günlərlə otağından çıxmayıb. Bir müddət sonra L.Tolstoyun otağını bağlı görən və bundan narahat olan xidmətçisi otağın qapısını qırmaq və otaqda nə baş verdiyini öyrənmək istəyir.

Otağın qapısını qırdıqda Lev Tolstoyu yerdə oturub, hönkürtü ilə ağladığını görür. Nə baş verdiyini soruşan xidmətçiyə L.Tolstoy "Anna öldü" deyə cavab verir.

O səbəbdən də sözsüz ki, belə bir kitab bundan sonra 100 ilərlə ən çox oxunan kitabların içərisində öz yerini saxlayacaq.
Dünyada ən çox oxunan 5 kitab3. Antuan de Sent-Ekzüperi "Balaca Şəhzadə" kitabı.

"Böyüklər üçün uşaq romanı" adlandırılan kitab uşaq dilindən bütün dünyaya verilən mesajlarla doludur.

Həm uşaqların, həm də böyüklərin oxuyacağı, uşaqların öyrənəcəyi və böyüklərin də dərs alacağı bu kitab bütün dövrlərin ən çox satılan və ən çox dillərə tərcümə olunan kitabıdır.

Kitabda balaca şəhzadə olan baş qəhrəman bütün planetləri gəzintiyə çıxır və qarşılaşdığı insanlar, heyvanlar və bitkilərlə söhbətlər edir. Həmin dioloqlardan ibarət olan kitab öyrədici xarakter daşıyır.

4. J.K. Rowling "Harri Potter" seriyası.

7 kitabdan ibarət olan bu seriya nəşr olunduğu gündəndir ki, geniş oxucu kütləsinə sahibdir. Orjinal nəşrlərindən əlavə pirat sayda da nəşr olunan seriyadakı kitabların dəqiq nə qədər çapdan çıxdığı məlum deyil.

Orjinal sayı hər il bestseller içərisində yer aldığını, pirat çapların da sayının milyonları keçdiyini nəzərə alsaq, "Harri Potter"in necə böyük bir fanat kütləsi olduğunu təxmin edə bilərik.

5. Jostein Gaarder "Sofinin dünyası" kitabı.

Sofinin dünyası, 3000 illik fəlsəfə tarixini didaktik və səlis povestlə oxunaqlı povest müstəvisinə gətirməkdən bəhs edir.

Gaarderin bu kitabdakı uğuru müəllifin Oslo Universitetində fəlsəfə təhsili alması və ən əsası bu sahədə dərs deməsi ilə bağlıdır. Çünki kitabda bütün fəlsəfi mövzuların elmi əsası var.

Sofinin Dünyası fəlsəfənin əsaslarından, onun inkişafından və əsrlər boyu qazandığı mövqedən Sofi adlı gənc qızla müəllimi Alberto Noks arasında dialoqlar şəklində bəhs edir.

Gaarderə görə, dərsliklərdəki fəlsəfə mövzuları olduqca çətin və əskik idi. Ona görə, o, kitabı yazarkən fəlsəfəni hər kəsin rahatlıqla başa düşəcəyi dildə yazıb.

Əsərin çox oxunmasının səbəblərindən biri də elə anlaşılan dildə olması idi.

Maraqlı     Tarix: 23 oktyabr 2025

Oxşar xəbərlər

1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?

1929-cu ilin oktyabrında Uoll-Stritdə başlayan kütləvi satışlar ABŞ fond bazarının tarixində ən ağır çöküşlərdən birinə səbəb oldu. Bir neçə il əvvəl sərvət qazanmağın ən asan yolu hesab edilən səhmlər milyonlarla investo

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal

ABŞ ilə Çin arasında süni intellekt sahəsində texnoloji yarışın bütün diqqətləri özünə cəlb etdiyi bir dövrdə dünyanın ən mühüm süni intellekt şirkətinin rəhbərinin Çin casusu hesab edilən qadınla nikahdankənar münasibətd

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl


iqtisadi xeberler valyuta mezennesi dollarin kursu bu gun valyuta xeberleri biznes xeberleri