Çinin dərman sənayesi qlobal bazara çıxmağa hazırlaşır

Çinin dərman sənayesi qlobal bazara çıxmağa hazırlaşırABŞ-dan sonra Çin yeni dərmanların hazırlanması üzrə dünyada ikinci yerdədir. Ötən il çinli şirkətlər planetdə aparılmış bütün klinik sınaqların təxminən üçdə birini təşkil edib — bu göstərici cəmi on il əvvəl 5 faiz idi . Ölkə xüsusilə onkologiya sahəsində sürətlə irəli çıxır. İnvestorlar da bunu diqqətdən qaçırmayıb: Çin biotexnologiya şirkətlərinin səhmləri bu il 110 faiz artıb — bu, amerikalı analoqlarının göstəricisini üç dəfədən çox üstələyir.
XX əsrin böyük hissəsində yeni dərmanların hazırlanmasında qərb şirkətləri — "böyük farma" — lider idi. Lakin indi vəziyyət sürətlə dəyişir. ABŞ və Avropanın nəhəng dərman istehsalçıları tarixlərindəki ən ciddi "patent uçurumları" ilə qarşılaşıblar: növbəti altı ildə toplam 300 milyard dollardan çox gəlir gətirə biləcək bir çox dərman 2030-cu ilə qədər patent müdafiəsini itirəcək. Bu boşluğu doldurmaq üçün şirkətlər dünyada yeni molekullar axtarır — və getdikcə daha çoxunu Çində tapır.
Lakin bu proses fonunda ABŞ–Çin münasibətləri də mürəkkəbləşir. Vaşinqton Çinlə ticarət müharibəsi yumşalsa belə, tədarük zəncirlərindən asılılığı azaltmağa çalışır. Dövlət rəsmiləri artıq aktiv dərman ingredientlərinin istehsalında Çinin dominant mövqeyindən narahatdır. Ağ Evin Çin dərman sənayesinə nəzarəti sərtləşdirəcəyi barədə şayiələr dolaşır. Bununla belə, yeni nəsil dərmanların yaradılmasında ABŞ şirkətləri — və xəstələr — Çin innovasiyalarından daha çox asılı olacaqlar.
Bu tendensiyanın nümunələri artır. May ayında Amerika nəhəngi Pfizer, Çin şirkəti 3SBio ilə eksperimental onkoloji dərmanın (tənzimləyicilər tərəfindən təsdiqlənəcəyi halda) Çin xaricində istehsalı və satışı üzrə 1,25 milyard dollarlıq razılıq imzaladı. Bir ay sonra britaniyalı GlaxoSmithKline digər çinli şirkət Hengrui ilə 500 milyon dollarlıq müqavilə bağladı. Razılaşma ağciyər xəstəliklərinin müalicəsi üçün bir dərmana hüquqları, həmçinin 11 potensial dərmana opsionları əhatə edir. Bu dərmanların ümumi bazar dəyəri müəyyən şərtlər daxilində 12 milyard dollara çata bilər. Bu kimi sazişlər artıq adi hala çevrilib: ilin ilk yarısında dünya üzrə iri farmasevtik şirkətlərin imzaladığı bütün lisenziya müqavilələrinin təxminən üçdə biri Çin şirkətləri ilə olub — bu, 2021-ci illə müqayisədə dörd dəfə çoxdur.
Mövcud vəziyyət çinli şirkətlərin keçdiyi böyük transformasiyanın nəticəsidir. Son on ildə Çin dərman təsdiqi qaydalarını köklü şəkildə yeniləyib: ağır xəstəliklər üçün dərmanlara prioritet baxış mexanizmi yaradılıb, tənzimləmə prosedurları beynəlxalq standartlara uyğunlaşdırılıb, dərman agentliyinin personalı dörd dəfə artırılıb, iki il ərzində 20 min müraciətdən ibarət növbə aradan qaldırılıb, klinik sınaqlara icazə müddəti 501 gündən 87 günə endirilib. Bunun nəticəsi yeni dərmanların kəskin artımı oldu: 2015-ci ildə cəmi 11 dərman təsdiqlənmişdisə, 2024-cü ildə bu göstərici 93-ə çatdı, onların 42 faizi isə yerli şirkətlərə məxsusdur.
Bununla paralel olaraq Çinə xaricdə təhsil almış mütəxəssislər — "dəniz tısbağaları" — geri qayıdıb. Onlar Qərbdə biotexnologiya startaplarının qurulması, kapital cəlbi və tənzimləyicilərlə işləmək üzrə böyük təcrübə toplayıblar. Geri dönüşləri ölkədə sahibkarlıq dalğası yaradıb. Qaydalardakı liberallaşma sayəsində onlar asanlıqla kapital cəlb edib Honq-Konq birjasına çıxış əldə etdilər.
Nəticələr gözlədiklərindən də tez gəlib: 2019-cu ilin noyabrında BeOne Medicines (keçmiş BeiGene) ABŞ FDA tərəfindən onkoloji dərmana təsdiq alan ilk Çin şirkəti oldu. Ardınca daha bir neçə dərman təsdiqləndi. Əsl sıçrayış isə keçən ilin sentyabrında baş verdi: kiçik biotexnoloji şirkət Akeso Bio tərəfindən hazırlanmış ağciyər xərçəngi dərmanı klinik sınaqlarda amerikan Merck şirkətinin məşhur Keytruda preparatını belə üstələdi.
Çinin sürətli yüksəlişi bir neçə amillə izah olunur. Birincisi, "ardıcıllar" adlanan dərmanların — mövcud dərmanların təkmilləşdirilmiş versiyalarının — yaradılmasında yüksək ustalıqla. Onlar təhlükəsizliyi artırır və ya dərman maddəsinin orqanizmə çatdırılmasını optimallaşdırır. Bu mərhələdə təcrübə qazanan şirkətlər daha sonra "ilk sinif" dərmanlara keçiblər: yeni hədəflərə (xəstəliklə əlaqəli zülallara və genlərə) yönələn və ya tam yeni təsir mexanizmləri işlədən preparatlar hazırlayırlar. Bu cür dərmanlar artıq sektorun inkişaf portfelinin 40 faizindən çoxunu təşkil edir.
İkinci səbəb — sürət, miqyas və nisbətən aşağı xərclərdir. Çin şirkətləri yeni dərmanların hazırlanması və klinik sınaqlara başlanmasına dünya üzrə orta göstəricidən iki dəfə tez nail olurlar. Bu mərhələdə həm geniş xəstə bazası, həm də irimiqyaslı tədqiqat mərkəzləri prosesləri sürətləndirir. Xüsusilə anticisim-dərman konjugatları (ADC) kimi yeni onkoloji preparatların yaradılmasında bu üstünlük böyük rol oynayır.
Çin şirkətləri artıq piylənmə ilə mübarizə dərmanlarına da böyük maraq göstərirlər. 2025-ci ildə Çində Wegovy və Ozempic dərmanlarının əsas aktiv maddəsi olan semaglutitin patenti bitir. Bu, nəhəng djenrik bazarı yaradacaq və yerli şirkətlər təkcə kopyalamaqla kifayətlənməyib, öz analoqlarını da hazırlayırlar: hazırda dünyada 160 yeni piylənmə dərmanı yaradılır, onların təxminən üçdə biri Çinə məxsusdur.
Bütün bunlara baxmayaraq, Çin bazarı hələ də çətin bazardır. 2023-cü ildə reseptlə verilən dərman bazarının həcmi təxminən 125 milyard dollar olub — bu, ABŞ bazarının altıda biridir. Satışların böyük hissəsi hələ də djenriklərdir. Yeni dərmanlar hazırda bazarın yalnız 20 faizini təşkil edir və 2028-ə qədər bu göstəricinin 30 faizə çatacağı proqnozlaşdırılsa da, bazar yenə də qiymət baxımından həssas qalacaq: dövlət sığortası böyük rol oynayır və şirkətləri kəskin qiymət endirimlərinə məcbur edir.
Məhz buna görə ABŞ və Avropa bazarları Çin şirkətləri üçün xüsusi əhəmiyyət daşıyır. Ən sürətli yol — Qərb şirkətləri ilə lisenziya müqavilələridir. Digər model — "NewCo": Çin şirkəti ABŞ-da ayrıca hüquqi qurum yaradır və perspektivli dərman aktivlərini ona ötürür. Bu, həm investisiya cəlbini asanlaşdırır, həm də siyasət riskini qismən azaldır.
Lakin əngəllər də çoxdur: məlumat mübadiləsi, xəstə məlumatlarının məxfiliyi, tənzimləyici tələblər və FDA-nın sərt yanaşması. Bu il tənzimləyici ABŞ vətəndaşlarının genetik məlumatlarının Çinə ötürülməsi ilə bağlı yeni klinik sınaqları dayandırdı. 2025-ci ilin aprelində Konqres komitəsi keçmiş Google rəhbəri Erik Şmidtin də müəllifi olduğu hesabat dərc etdi, çinli şirkətlərin həm dərman, həm də süni intellekt sahəsində irəliləyişlərinin ABŞ-ın üstünlüyünü sarsıda biləcəyindən narahatlığını ifadə edib.
Bununla belə, rəqabətin artması adətən daha çox müalicə metodu və daha aşağı qiymətlər deməkdir. Xüsusilə də inkişaf etməkdə olan ölkələrdə yaşayan xəstələr üçün Çin innovasiyaları müalicəyə çıxış fərqini azalda bilər.
Çin şirkətlərinin əsas sınağı yeni dərmanlar yaratmaqla yanaşı, beynəlxalq bazarlara çıxmaq və tənzimləyici baryerləri aşmaq olacaq. Bu baxımdan, Qərb şirkətlərinə yüz il lazım olan inkişaf yolunun başlanğıcında olduqlarını xatırlatmaq vacibdir. / banker.az

Maraqlı     Tarix: 26 noyabr 2025

Oxşar xəbərlər

Milyardlıq subsidiyalar və dəniz məhsulları üzərində dayanan Qrenlandiya iqtisadiyyatı

Nuuk, Qrenlandiya. Əgər prezident Tramp Qrenlandiyanı alsaydı, o, iqtisadiyyatı demək olar ki, böyüməyən, tamamilə dövlət subsidiyalarından – ildə bir milyard dollardan çox vəsaitdən – asılı olan, əsasən isə krevet satışında

Epşteynin ruhu kapitalizmin qoca nəhənglərini niyə qorxudur?

Ceferi Epşteyn sağlığında gənc qadınlara qarşı amansız zorakılıq edirdisə, indi onun ruhu qlobal kapitalizmin qoca nəhənglərini narahat edir. Amerika Ədliyyə Nazirliyi 30 yanvarda geniş sənəd toplusunu açıqlamadan əvvəl belə

Çinin çip istehsalındakı uğurları dünyanı heyrətə salacaq

2025-ci ilin yanvarında az tanınan Çin startapı DeepSeek dünyanı sarsıtdı: şirkət ABŞ-ın ən qabaqcıl süni intellekt modellərinə real rəqib ola bilən sistem təqdim etdi. Xüsusilə diqqətçəkən məqam ondan ibarət idi ki, mode

"Coca-Cola" haqqında 5 maraqlı fakt

Müasir dünyanı "Coca-Cola"sız təsəvvür etmək çətindir. məlumat verir ki, bu içki heyrətamiz və çox uzun bir tarixə malikdir. Sizi "Coca-Cola" haqqında maraqlı faktlarla tanış olmağa dəvət edirik ki, b

Risk, yoxsa xilas yolu? Ford bütün ümidini batareya istehsalına bağlayır

Uzun illər avtomobil və pikap istehsalı ilə məşğul olan Ford Motor indi iriölçülü akkumulyatorların istehsalına başlamağı planlaşdırır. Bu batareyalar enerji şirkətləri, məlumat mərkəzləri, biznes strukturları və fərdi e

Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır

Azərbaycan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına ayrılan vəsaiti artırılır. xəbər verir ki, 2026-cı ildə Dövlət Neft Fondunun büdcəsində "Gənclərin xarici ölkələrin nüfuzlu al

Dünyanın TOP-5 bahalı geyim şirkətləri

Moda təkcə özünü ifadə etmə üsulu deyil, o, həmişə statusu göstərmək üçün bir yol olmuşdur. məlumat verir ki, paltar sahibinin gəlir səviyyəsi, üslubu və zövqü haqqında çox şey deyir. Dünyanın ən bahalı geyim şirkətləri il

Green Card nədir və onu necə əldə etmək olar?

Amerika Birləşmiş Ştatları ölkə əhalisinin mədəni müxtəlifliyini artırmaq üçün 1990-cı ildə rəsmi olaraq Green Kart Lotereyasını (Müxtəliflik İmmiqrant Viza Proqramı) tətbiq etdi. Cəmiyyətdə Yaşıl Kart kimi tanınan "Daim

Çin dollardan imtina etmək üçün yuanı necə təşviq edir?

Çin xaricdə yuanın təşviqini gücləndirib və borclu ölkələrə dollarla olan kreditlərin bir hissəsini Çin valyutasına çevirməyi təklif edir. Bunun müqabilində borcalanlar daha aşağı faiz dərəcələri əldə edir, Pekin isə yuanı


iqtisadi xeberler kicik biznes birbank en son xeberler pul qazanmaq