Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis" ixtisası üzrə rəqəmsal kurs təqdim olunacaq.
"Dağ-mədən işləri üzrə mütəxəssis" ixtisası üzrə kurrikulum əsasında hazırlanmış rəqəmsal kurs onlayn formatda Gəncə və Daşkəsən şəhərlərində yerləşən ixtisaslaşmış peşə təhsili müəssisələrinin tələbələri və məzunları üçün əlçatan olacaq.
Ənənəvi tədris prosesini rəqəmsal resurslarla dəstəkləmək məqsədi daşıyan rəqəmsal kurs video dərslər, interaktiv məlumatlar və test tapşırıqlarından ibarətdir. Proqram çərçivəsində "AzerGold" QSC-nin mütəxəsislərinin iştirakı ilə ümumilikdə 250 video dərsin və 1500 test tapşırığının hazırlanması nəzərdə tutulub. Kursu uğurla tamamlayan tələbələrə Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş müvafiq sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, rəqəmsal təhsil layihəsi çərçivəsində əlavə olaraq çilingər, qaynaqçı və elektrik peşələri üzrə ümumilikdə 15 informativ video dərsin hazırlanması nəzərdə tutulub.
Məqsəd bu peşələr üzrə nəzəri biliklərin əlçatanlığını artırmaq və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına töhfə verməkdir. Hazırlanan rəqəmsal kurs eyni zamanda, dağ-mədən sahəsində peşə hazırlığının müasir texnologiyalar və sənaye təcrübəsi ilə daha sıx əlaqələndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, təhsilin inkişafı və dağ-mədən sənayesi üçün ixtisaslı kadr potensialının gücləndirilməsi "AzerGold" QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə şirkət 2021-ci ildən etibarən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.
Proqram çərçivəsində indiyədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 46, peşə təhsili müəssisələrində təhsil alan 52 nəfər olmaqla, ümumilikdə 98 tələbəyə təhsil müddəti ərzində aylıq təqaüd təqdim olunub. Təqaüd Proqramının qaliblərindən 19 nəfəri hazırda "AzerGold" QSC-nin müxtəlif struktur bölmələrində fəaliyyət göstərir.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
5 liderlik göstəricisi
Biznes nədir və hansı növləri var?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Biznes nədir?