Kriptovalyutalar çökəcək, qızıl 10 min dollara çatacaq: "Saxo Bank"ın 2026-cı il üçün proqnozu

Kriptovalyutalar çökəcək, qızıl 10 min dollara çatacaq: Danimarkanın "Saxo Bank" bankı 2026-cı il üçün "şok edici proqnozlar" yayımlayıb. Bunlar nadir və az qiymətləndirilmiş hadisələri əhatə etsə də, qlobal bazarlarda güclü dalğalanmaya səbəb ola bilər. Hazırkı proqnozlar arasında qızılın qiymətinin 10 min ABŞ dollarına qədər yüksəlməsi, böyük bir korporasiyanın başına virtual CEO-nun gətirilməsi, o cümlədən kriptovalyutaların və ABŞ dollarının çöküşü var.
"Saxo Bank" vurğulayır ki, hər il yayımlanan "şok edici proqnozlar" daxildən baxış və ya proqnoz deyil; bu, mümkün olmayan ssenariləri təqdim edən eksperimentlərdir, məqsəd isə hadisələr gözlənilməz şəkildə inkişaf edərsə, nə baş verə biləcəyinə dair müzakirələri gücləndirməkdir.
Daha əvvəl bankın analitikləri qızılın qiymətinin unsiyasının 3 min ABŞ dollarına qədər yüksələcəyini, qlobal silahlanma yarışını və Donald Trampın idxal tariflərinin qlobal bazarlara güclü təsirini uğurla proqnozlaşdırıblar.
Proqnoza görə, "Süni intellekt sistemləri maliyyədən logistika sahəsinə qədər hər yerə nüfuz edəcək. Onlar şirkətləri optimallaşdıracaq, avtomatlaşdıracaq və bir-birinə bağlayacaqlar. Hər şey bir neçə kiçik nasazlıqla başlayacaq, sonra isə qar topu kimi böyüyərək tammiqyaslı böhrana çevriləcək". Bank bildirir ki, alqoritmlərin işindəki nasazlıqlar bazarın çökməsinə səbəb olacaq — ağılsız süni intellekt bazardan trilyonlarla dolları "süpürəcək".
Sənaye və tədqiqat mərkəzlərində süni intellektin səhv əmrləri ilə işləyən sənaye robotları bir sıra ciddi qəzaların və insan ölümlərinin səbəbi olacaq. Bütün sahələrdə idarə heyətləri anlayacaqlar ki, onların rəqəmsal infrastrukturlarının böyük bir hissəsi tam anlaşılmayan sistemlər tərəfindən qurulub. Buna cavab olaraq yeni bir peşə yaranacaq — "süni intellekt sanitarları", yəni qüsurlu sistemləri izləyən, neytrallaşdıran və bərpa edən yüksək ixtisaslı proqramçılar.
Trilyonlarla dollar vacib proseslərin bərpası, qorunması və sadələşdirilməsinə yatırılacaq. Hökumətlər şəffaflıq və təhlükəsizlik tələblərini tez bir zamanda tətbiq edəcək, çünki ictimaiyyətin avtonom texnologiyalara etibarı azalacaq. İnsan iştirakını tələb edən idarəetmə elementləri, geri dönüş arxitekturaları, model reyestrləri və qorunan fövqəladə mexanizmlər tətbiq ediləcək.
"2026-cı ildə "Q günü" gələcək — güclü kvant kompüteri bugünkü ən yayılmış rəqəmsal təhlükəsizlik standartlarını "hack" edə biləcəyini göstərəcək. Mesajlaşmaların, bank köçürmələrinin, kriptocüzdanların və korporativ sistemlərin şifrələməsi çökməyə başlayacaq. İlk bunu maliyyə bazarları, xüsusən də kriptovalyuta hiss edəcək. Köhnə bitkoin ünvanları həssas olacaq, bu isə birjaları vəsait çıxarışını dondurmağa məcbur edəcək. Bitkoin sıfıra enəcək. İnsanlar banklara etibarını itirəcək, nağd pul toplayacaq, qızıl və gümüş alacaqlar. Nəticədə qızıl sürətlə 10 min ABŞ dollarına qalxacaq və şifrə tələb etməyən ən etibarlı aktiv olacaq", — proqnozda deyilir.
"Saxo Bank" qeyd edir ki, "Fortune-500" siyahısına daxil olan bir şirkət təlim keçmiş süni intellekt modelini CEO vəzifəsinə gətirəcək. İdarə heyəti süni intellekt modelinə sərmayə xərcləri, qiymət siyasəti, logistika, işçi seçimi və birləşmə və satınalmaların analizini əhatə edən ciddi məhdudiyyətlər çərçivəsində müqavilələri imzalamaq hüququ verəcək. Şirkət nizamnaməsində üç əsas göstərici — gəlir, işçilərin sadiqlik indeksi və məmnunluğu — sərt şəkildə müəyyən olunacaq, belə ki, bu model bir göstəricini digərinin hesabına artıra bilməyəcək.
Cəmiyyət və peşəkar birliklər virtual CEO-nu qəbul etməyəcək. Lakin qısa müddət sonra skeptisizm təqlidlə əvəzlənəcək. Yeni idarəetmə növünün effektivliyi digər şirkətləri də rəhbərlik üçün öz süni intellekt modellərini inkişaf etdirməyə sövq edəcək.
Proqnoza görə, "Çin dünyanı təəccübləndirəcək, əvvəlcədən elan edilmişdən daha böyük qızıl ehtiyatlarını açıqlayacaq və ABŞ-ni rəsmi ehtiyatlarını üstələyəcək qədər ehtiyat yaradacaq". Tezliklə Pekin elan edəcək ki, yuan qismən qızıl ilə təmin olunub. Bu praktiki olaraq o deməkdir ki, sahibkarlar yuani fiziki qızılla dəyişə biləcəklər. Tezliklə enerji və xammal əməliyyatlarının əksəriyyəti qızıl yuan ilə aparılacaq. İnvestorlar və ehtiyat sahibləri ABŞ xəzinə istiqrazlarına sərmayəni azaldacaq, dollar zəifləyəcək və qlobal ehtiyatlarda payı üçdə bir azalacaq.
Digər "şok edici proqnozlar" arasında 2026-cı ildə ev heyvanları üçün piylənmə dərmanlarının bazara çıxarılması; Taylor Sviftin toyu, bu hadisənin yalnız ABŞ deyil, qlobal iqtisadiyyatı da stimullaşdırması; İlon Maskın "SpaceX" şirkətinin səhmlərini kosmosda uğurlu fəaliyyətlə əlaqələndirməsi və ABŞ Demokratlar Partiyasının Konqresin ara seçkilərində qələbəsi yer alır. / banker.az

Maraqlı     Tarix: 03 dekabr 2025

Oxşar xəbərlər

Kütləvi isteriya niyə asanlıqla yayılır və ona necə qarşı durmaq olar?

Alimlər bu fenomeni izah etmək üçün mənəvi panika nəzəriyyəsini irəli sürüblər. Mənəvi panika nədir?. Mənəvi panika, adətən, ictimai normalardan real və ya xəyali sapma nəticəsində yaranan kütləvi isteriyanın sürətlə yayılmasıdır

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Prokrastinasiyaya qarşı "həb": Süni intellekt işə daha tez başlamağa kömək edir

Araşdırma göstərib ki, neyron şəbəkələrdən (yəni süni intellektdən) istifadə prokrastinasiyanı aradan qaldırmağa kömək edir və yeni layihə üzərində işə başlamaq qorxusunu azaldır. Süni intellekt tədricən yalnız müxtəlif tapşırıqları

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

OpenAI təkmilləşdirilmiş yeni səs modellərini istifadəyə verib - Eyni anda həm danışa, həm də dinləyə bilir

OpenAI daha təbii tona malik, eyni vaxtda danışıb dinləyə bilən və danışıq növbəsini idarə etməkdə daha uğurlu olduğunu bildirdiyi GPT-Live-1 və GPT-Live-1 mini adlı yeni söhbət modellərini istifadəyə verib. Marja xəbər veri

Anthropic-in aparıcı mühəndisi: Süni intellekt agentlərindən istifadə tənhalığa gətirib çıxarır

Anthropic-də mühəndislik şöbəsinin rəhbəri Fiona Funq bildirib ki, mühəndislər süni intellekt agentlərinə nə qədər çox güvənməyə başlayıblarsa, iş prosesində bir-birindən bir o qədər uzaqlaşıblar. "Claude Code komandasınd

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

İspaniya Cənubi Koreyanı geridə qoydu — özü də süni intellektə böyük mərc etmədən

2010-cu illərin ağır borc böhranından sonra Cənubi Avropada iqtisadi yüksəliş artıq açıq fakta çevrilib. Lakin İspaniya yeni rekordlar müəyyənləşdirməyə davam edir. Bu yaxınlarda ölkənin illik ümumi daxili məhsulu Cənub


iqtisadi xeberler valyuta xeberleri biznes qurmaq bitcoin qiymeti kicik biznes