PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və "PAŞA Həyat Sığorta" ASC-nin tərəfdaşlığı ilə cari ildə nəşr olunan kitabların təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət qurumlarının, elm və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova Azərbaycanın zəngin tarixinin və mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq auditoriyaya tanıdılmasının əhəmiyyətindən danışıb. O, milli dəyərlərin təbliğinə xidmət edən bu kimi təşəbbüslərin cəmiyyət üçün uzunmüddətli dəyər yaratdığını vurğulayıb.

"İRS" jurnalının baş redaktoru Musa Mərcanlı çıxışında nəşriyyatın beynəlxalq fəaliyyətindən və həyata keçirilən layihələrdən bəhs edib. O bildirib ki, "İRS" nəşriyyatı uzun illərdir "Azərbaycan. Dünya İrsi" devizi altında ölkəmizin tarixini, mədəniyyətini və həqiqətlərini dünyaya çatdıran beynəlxalq platforma kimi fəaliyyət göstərir. Jurnalın dünyanın 22 dilində nəşr olunduğunu qeyd edən Musa Mərcanlı bu il Özbəkistan, Keniya, Belçika və Lüksemburqda keçirilən təqdimatların layihənin beynəlxalq əhatəsinin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Çıxış zamanı 2026-cı ildə nəşr olunan kitabların məzmunu da təqdim edilib. "Azərbaycan. Yeni dönəm" kitabı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qədəm qoyduğu yeni tarixi mərhələni, regionda formalaşan reallıqları, iqtisadi və strateji yüksəlişini əks etdirir.

"Ulu Mədəniyyət Ağacı" nəşri Azərbaycan xalqının minilliklər ərzində yaratdığı ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq, teatr və kino sənətinin zəngin köklərini araşdırır.

"Nağılın sonu" kitabı dünya təsviri sənətinin mühüm istiqamətlərindən olan Təbriz miniatür məktəbinə həsr olunub. Nəşrdə XIII-XVI əsrlərdə formalaşmış bu sənət məktəbinin tarixi, onun inciləri və mədəni irsimizdəki yeri işıqlandırılır.
"Gələcəyin şəhərləri" kitabında müasir şəhərsalma yanaşmaları, Bakının qədim və müasir memarlıq harmoniyası, Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" və "ağıllı şəhər" konsepsiyaları əsasında həyata keçirilən bərpa və quruculuq işləri əksini tapıb.

"Sivilizasiyaların qovşağında" nəşri isə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, multikulturalizm ənənələri və tolerantlıq modeli haqqında məlumatları əhatə edir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan mədəni irsinin beynəlxalq miqyasda təbliğinin əhəmiyyətini vurğulayıb. O, xarici ölkələrdə təşkil olunan kitab təqdimatlarının və nəşrlərin beynəlxalq kitabxanalara, fondlara çatdırılmasının ölkəmizin mədəni tanıtımına mühüm töhfə verdiyini qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işlərinə, Böyük Qayıdış proqramının əhəmiyyətinə toxunub. O, kitabların tarixi yaddaşın qorunması və gələcək inkişaf üçün intellektual baza yaradılması baxımından mühüm vasitə olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə nəşrlərin Azərbaycanın zəngin mədəni irsini, təbiətini və milli sərvətlərini əks etdirdiyini qeyd edib. O, Azərbaycan musiqisinin, tarixinin və mədəni sərvətlərinin ölkəmizin zənginliyini bütövlükdə ifadə etdiyini vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycan milli musiqisinin nümunələri də səsləndirilib. Opera və Balet Teatrının solistləri Mütəllim Dəmirov və Gülzar Fərəcova, eləcə də televiziya muğam müsabiqələrinin laureatları Cəfərbəyli və Ayişən Mehdiyeva çıxış ediblər. Tədbir bütün ifaçıların birgə ifasında "Mehriban olaq" mahnısı ilə yekunlaşıb.

Qeyd edək ki, "İRS" silsiləsi çərçivəsində indiyədək 40-a yaxın fundamental kitab nəşr olunub. Layihə Azərbaycanın zəngin keçmişinin, milli kimliyinin, mədəni və mənəvi dəyərlərinin, eləcə də müasir inkişafının beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir. "PAŞA Həyat Sığorta" ASC-nin tərəfdaşlığı ilə davam edən bu təşəbbüs milli irsimizin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə töhfə verir.
PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Banklar     Tarix: 18 noyabr 2026

Oxşar xəbərlər

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə


iqtisadi xeberler internetden pul qazanmaq dollar kursu 1000 manatla biznes bitkoin almaq