ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıbJPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerli avadanlıq sistemlərindəki proqram təminatı xətası ilə bağlı müvəqqəti nasazlıqdan qaynaqlanıb. Bununla belə, müştərilər hesablarına və vəsaitlərinə çıxış imkanlarını qoruyublar.
"Problemin kiberhücumla əlaqəli olduğuna dair heç bir sübut yoxdur", – deyə JPMorgan-dan bildirilib. Bank həmçinin nasazlığın sistem xarakteri daşımadığını vurğulayıb.
Lakin CNBC-nin diqqət çəkdiyi kimi, problem təkcə JPMorgan ilə məhdudlaşmayıb. Texniki fasilələrlə bağlı məlumatlarda digər iri bankların da adı çəkilib. İstifadəçilər ABŞ-nin Şərq sahili vaxtı ilə hələ saat 11:30-da xətalar barədə məlumat verməyə başlayıblar. Görünür, Chase ilə digər maliyyə qurumları arasında aparılan əməliyyatlarda da gecikmələr yaranıb.
U.S. Bank-ın nümayəndəsi bildirib ki, bankın özü nasazlıqdan birbaşa təsirlənməyib. Lakin Zelle vasitəsilə başqa banklara pul göndərməyə və ya həmin banklardan ödəniş qəbul etməyə çalışan müştərilər gecikmələrlə qarşılaşa bilərlər. Zelle ABŞ-nin bir çox ən böyük bankı tərəfindən dəstəklənən, istifadəçilər arasında birbaşa pul köçürmələrini təmin edən ödəniş sistemidir.
Associated Press-in məlumatına görə, Downdetector platformasında Bank of America, Chase, J.P. Morgan, U.S. Bank, Wells Fargo və Zelle xidmətlərində nasazlıqlar qeydə alınıb.
Daily Mail isə minlərlə insanın hesab balansını yoxlaya və maliyyə əməliyyatları həyata keçirə bilmədiyini bildirdiyini yazıb. Bəzi istifadəçilər pul köçürmələri üçün nəzərdə tutulmuş səhifənin bloklandığından şikayət ediblər.
Hadisə Microsoft Outlook xidmətində və hava hərəkətinin idarəetmə mərkəzlərinin istifadə etdiyi rabitə sistemlərində baş vermiş genişmiqyaslı problemlərdən bir neçə gün sonra qeydə alınıb.

Banklar     Tarix: 17 noyabr 2026

Oxşar xəbərlər

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?

Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətləri

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib

Avropa Komissiyası və ABŞ Federal Ehtiyat Sistemi (FED) İtaliyanın bankçılıq qrupu "UniCredit"in Almaniyanın "Commerzbank" bankını satın almaq planına razılıq verib. Avrokomissiyanın açıqlamasında "UniCredit"i

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar


iqtisadi xeberler investisiya rubl mezenne bitkoin valyuta kurslari