McDonalds haqqında maraqlı faktlar
McDonalds haqqında maraqlı faktlar bu restoran zəncirinə yeni bir şəkildə baxmaq imkanı verir. Biznes.az məlumat verir ki, siz bunun sayəsində mənfəət, işçilərin sayı, burgerlərin əsl zərərləri və bir çox digər məlumatları öyrənəcəksiniz. Dünyanın böyük şəhərlərində McDonalds restoranları var. Onlar müxtəlif yaşda insanlar arasında çox populyardırlar, buna görə çox mənfəət gətirirlər.
McDonalds Harvarddan daha çox işə qəbul ərizəsini rədd edir. Harvard universiteti irəli sürülən ərizələrdən yalnız 7% namizədi qəbul etdiyi halda, bu restoranlar şəbəkəsində bu göstərici 6,2%-dir. McDonalds bu günə qədər 100 milyarddan çox hamburger satmışdır.
Hər gün McDonalds şöbələrində təxminən 68 milyon insana yemək servisi verilir. Mcdonals sözün əsl mənasında bir ölkənin insanını doydura bilər. Dünya üzrə McDonalds əməkdaşlarının sayı 761 000 nəfərdir. Bu, Lüksemburq əhalisinin sayından çoxdur. McDonalds hər 4 saatda yeni restoran açır.
Bütün dünyada McDonalds loqosunun qızılı rəngdə olmadığı tək yer Sedona, Arizonadır. Şəhər əhalisi Mc loqolarının firuzəyi rəngdə olmasının təbiət landşaftına qızılı rəngdən daha uyğun olacağı düşündüyü üçün belə bir qərar verilib. Bu şəhər McDonalds rəng dəyişdiyi tək yerdir.
Şirkətin qiymətləndirməsinə əsasən, 8 amerikalı işçidən 1-i 1 dəfə belə olsun, McDonald’s-da işləyib.
1968-ci ildə Fransada keçirilən Olimpiada zamanı McDonald’s havadan idmançıların evlərinə "hamburger atmaq" xidmətini göstərmişdi. Bu sizə çox qəribə gələ bilər. Məlum olub ki, McDonald’s qızıl arkasını standart xristian xaçından daha çox adam tanıyıb, müəyyən edə bilir.
Ən kiçik McDonald's restoranı Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Restoranın sahəsi cəmi 13 kv.m təşkil edir.
Biznes.az məlumat verir ki, Azərbaycanda ilk McDonalds restoranı 1999-cu il noyabrın 6-da ölkənin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr Meydanında açılıb. 2009-cu ildə McDonald’s Azərbaycan özünün 10 illik yubileyini təntənəli surətdə qeyd edib.


AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Mcdonalds françayzinqi neçiyədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
ƏDV geri al və onun üstünlükləri
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın ən dəyərli avtomobil şirkətləri