Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzərə aldığı üçün Türkiyəni seçir.
Ən çox hansı ölkələrdən gəlirlər?
Marja.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəyə əcnəbi tələbələr ən çox Azərbaycan, Misir, Türkmənistan, Bolqarıstan və Rusiya kimi ölkələrdən gəlirlər.
"İqtisadiyyata birbaşa 3 milyard dollar töhfə verirlər"
Beynəlxalq Tələbə Məsləhətçiliyinin direktoru Caner Ortakçı bildirib ki, əcnəbi tələbələrin Türkiyə iqtisadiyyatına töhfəsi yalnız təhsil xərcləri ilə məhdudlaşmır. Onun sözlərinə görə, tələbələr birbaşa təxminən 3 milyard dollar, dolayı yolla isə 3 milyard dollardan çox iqtisadi töhfə verirlər.
"Beynəlxalq tələbələrimizin Türkiyə iqtisadiyyatına hazırda birbaşa 3 milyard dollar, dolayı yolla isə 3 milyard dollardan çox töhfəsi var. Yəni ümumilikdə 6 milyard dollardan artıq xidmət ixracından danışırıq", – deyə Ortakçı bildirib.
"Ev kirayələyir, restoranlara gedirlər…"
Ortakçı tələbələrin Türkiyədə olduqları müddətdə yalnız təhsil almadıqlarını vurğulayıb: "Bu tələbələr dörd il ərzində təkcə universitetlərində təhsil görmürlər. Ev kirayələyir, restoranlara gedir, səhiyyə və mədəniyyət turizmi xidmətlərindən yararlanırlar. Bununla yanaşı, ailələrini və dostlarını da Türkiyəyə gətirirlər".
Onun sözlərinə görə, beynəlxalq tələbə axını təhsil sektoru ilə yanaşı, səhiyyə turizminə, ictimai iaşəyə, yerləşdirmə və logistika sahələrinə də birbaşa təsir göstərir.
Ən çox hansı ixtisasları seçirlər?
Əcnəbi tələbələrin ən çox seçdiyi ixtisas biznesin idarə edilməsidir. İkinci yerdə tibb, üçüncü yerdə isə kompüter mühəndisliyi gəlir.

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
"Qala Həyat"ın ödənişləri 76% artıb
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən çox maaş verən şirkətləri
Onlayn biznes növləri