"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub.
FED.az xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib.
"Ethereum" sutka ərzində 1,08% bahalaşaraq 2 435,41 dollara, BNB 1,06% artaraq 696,92 dollara çatıb.
Daha yüksək artım "Zcash" və "Bittensor"da qeydə alınıb. "Zcash" son 24 saatda 6,99% bahalaşaraq 833,07 dollara, "Bittensor" isə 7,76% artaraq 234,57 dollara yüksəlib. "Monero" 3%, "Bitcoin Cash" isə 0,66% ucuzlaşıb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,38% artaraq 2,61 trilyon dollara çatıb.
Analitiklərə görə, son günlər kriptovalyuta bazarındakı yüksəlişə ABŞ Xəzinədarlığının uzunmüddətli dövlət istiqrazlarının geri alış həcmini artırması, dolların zəifləməsi, spot "Bitcoin" ETF-lərinə vəsait axınının güclənməsi və ABŞ-da kriptovalyutaların tənzimlənməsi ilə bağlı müsbət gözləntilər dəstək verib. Ötən həftə ABŞ spot "Bitcoin" ETF-lərinə 1,9 milyard dollar xalis vəsait daxil olub ki, bu da 2026-cı ilin ən yüksək həftəlik göstəricisidir.
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib