Biznes qurmaq üçün nə lazımdır?

Biznes qurmaq üçün nə lazımdır?Biznesə başlamaq hər bir yeni sahibkardan müvəffəqiyyətli olmaq üçün yerinə yetirməli olduqları vəzifələri diqqətlə planlaşdırmağı tələb edir.

Biznesin fəaliyyətə başlamazdan əvvəl onlaynda özünə yer etməyi, biznesin veb saytının yaradılması və brendinizin tanıtımı öz biznesinizə başlayarkən diqqət etməli olduğunuz əsas amillərdəndir.

Çünki dövrlə ayaqlaşmaq və biznesin fəaliyyətindən əvvəl müştərilərin məhsula qarşı fikirlərini öyrənmək bizim biznesdəki işimizi asanlaşdıracaq.

Biznes qurmaq üçüncə bir necə etap var ki, onları öncədən bilməyiniz və biznesdə tətbiq etməyiniz sizə daha rahat başa gələcək.
Biznes qurmaq üçün nə lazımdır?Biznes İdeyanızı İnkişaf etdirin

Biznes ideyanızı reallaşdırmamışdan öncə biznesə adi araşdırma edin. Xərclərinizi, qazanclarınızı, həmin sahəsə olan biliklərinizi götür-qoy etdirməyə, biznesdən əvvəl özünüzə yatırım edib biznes sahəsini öyrənməyə çalışın.

Bazar Araşdırması aparın

Bu biznes kontekstində iki fərqli tədqiqat növü var: ilkin və ikinci dərəcəli tədqiqat.

1. İlkin tədqiqat

Bu, istifadəçi müsahibələrinin aparılması və ya fokus qrup görüşlərinin keçirilməsi kimi ilk əldən araşdırma vasitəsilə hədəf auditoriyanızın birbaşa yoxlanılmasıdır.

Biznesinizdə müştərilərinizin kim olduğunu müəyyənləşdirməli və bazarınızı yaşa, yerləşdiyi yerə, dilə, xərcləmə gücünə və hətta hədəf auditoriyanızın həyati mərhələsinə əsasən seqmentləşdirməlisiniz.

2. İkinci dərəcəli tədqiqat

Buraya biznesə aid xarici mənbələrdən məlumat toplamaq daxildir. Onlayn axtarış aparmaq və ya ictimai sənədlərə və kommersiya tədqiqat institutlarına istinad etmək biznesinizdə sizə kömək edəcək.

Rəqibləriniz haqqında məlumat toplayın

Biznesdə yeni imkanları görmək, başqalarının sizi necə qəbul edəcəyini təxmin etmək və hətta öz təşəbbüsünüzü inkişaf etdirmək üçün biznes rəqiblərinizi dəqiq başa düşməli, onları analiz etməlisiniz. Bununla, onların biznesdə nəyi doğru etdiyini və onların etdiyi hansı səhvlərdən sizin biznesdə onları etməkdən qaçmalı olduğununuzu görəcəksiz.

Biznes Planınızı hazırlayın

Yaxşı hazırlanmış biznes planı yeni müəssisənizi necə strukturlaşdıracağınızı və necə idarə edəcəyinizi göstərən yol xəritəsidir. O, həmçinin biznes mühitində biznesinizə potensial tərəfdaşları, investorları və bankları cəlb etməkdə sizə kömək edəcək.

Yaxşı İnvestor Təqdimat Faylı Hazırlayın

İnvestor təqdimat faylı, potensial investorlara biznesiniz təqdim etmək üçün vacib amildir.

Öz biznes təqdimat faylınızı optimallaşdırmağın yolu həm şəkilləri, həm də mətni özündə birləşdirən cəlbedici məzmun yaratmaqdır.

Həmçinin biznesinizin təqdimatı zamanı işinizə olan həvəsinizi mütləq göstərin.

İnvestora biznesinizdə yaranacaq problemi həll etmə yollarından tutmuş xərclərinizi necə azaldacağınızı və artan qazanınızı da təqdim etməyi unutmayın.

Biznes     Tarix: 17 oktyabr 2025

Oxşar xəbərlər

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo


iqtisadi xeberler internetden pul qazanmaq bank faizleri valyuta kurslari biznes ideyalari