Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub.
FED.az xəbər verir ki, bu barədə "RBK" məlumat yayıb.
Seylorun sözlərinə görə, süni intellekt STRK ("Strike") adlı müddətsiz imtiyazlı səhmlərin hazırlanmasında mühüm rol oynayıb. Səhm və istiqrazın xüsusiyyətlərini birləşdirən bu hibrid maliyyə alətinin yerləşdirilməsindən əldə olunan vəsait sonradan "Bitcoin" alışına yönəldilib. Daha sonra şirkət bu istiqamətdə fəaliyyətini genişləndirərək diqqəti STRC ("Stretch") adlı imtiyazlı səhmlərə yönəldib.
Maykl Seylor qeyd edib ki, məqsəd analoqu olmayan yeni maliyyə aləti yaratmaq idi və bu prosesdə süni intellekt mühüm dəstək göstərib.
Hazırda isə "Strategy" yeni imtiyazlı səhmlər buraxa bilmir. Buna səbəb həmin səhmlərin bazar qiymətinin nominal dəyər olan 100 dollardan aşağı düşməsidir.
Buna baxmayaraq, Seylor hesab edir ki, gələcəkdə uğur qazanmaq istəyən şirkətlər üçün süni intellektdən istifadə zərurətə çevriləcək.
İyulun 31-nə olan məlumata görə, "Strategy" şirkətinin ehtiyatında 842 138 "Bitcoin" var. Şirkət 2020-ci ildən bəri "Bitcoin" alışına ümumilikdə 63.51 milyard dollar xərcləyib.
Bununla yanaşı, "Strategy" cari ilin ikinci rübünü 8.2 milyard dollar zərərlə başa vurub. Şirkət may ayının sonunda maliyyə sabitliyini qorumaq məqsədilə uzun illərdən sonra ilk dəfə "Bitcoin" ehtiyatının bir hissəsini satmağa başlayıb (Oxu.az).

Kriptovalyuta     Tarix: 11 avqust 2026

Oxşar xəbərlər

DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beynəlxalq terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi ilə bağlı cinayət əməllərinin aşkar edildiyini bildirib. DTX-nin Mətbuat xidmətinin məlumatın

"Bitcoin" 86 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,88% artaraq 86 404,3

"Bitcoin"in qiyməti 86 min dollardan aşağı enib - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 AB

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir

"Binance" kriptovalyuta birjası vəsaitlərin çıxarılmasının 48 saat ərzində bərpa olunacağını gözləyir. "Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub. xəbər verir ki

"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,87% artaraq 83 510,9

"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

Bitkoin bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA

Dünyanın əsas kriptovalyuta birjası olan "Binance" haker hücumu nəticəsində oğurlanan aktivlərin 90 faizini kompensasiya edib. xəbər verir ki, bu barədə kriptovalyuta platformasının özü məlumat yayıb.  Açıqlamay


iqtisadi xeberler dollar manat kursu internetden pul qazanmaq 1000 manatla biznes biznes xeberleri