"Bitcoin"in qiyməti 86 min dollardan aşağı enib - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb.
FED.az xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 ABŞ dollarına enib. Bununla belə, kriptovalyuta son 7 gündə 3,02%, son 30 gündə isə 6,97% bahalaşıb.
"Ethereum" 0,46% ucuzlaşaraq 2 701,20 dollara, BNB 1,30% azalaraq 781,40 dollara, "Bitcoin Cash" isə 1,68% geriləyərək 314,47 dollara enib. "Solana"nın qiyməti də 0,24% azalaraq 120,13 dollar təşkil edib.
Bununla yanaşı, "Zcash" 0,95% bahalaşaraq 1 343,16 dollara, "Monero" 3,23% artaraq 562,99 dollara, "Bittensor" isə 0,14% yüksələrək 301,81 dollara çatıb.
Qızıl əsaslı "PAX Gold" (PAXG) 0,25% ucuzlaşaraq 4 137,53 dollara enib. "CoinMarketCap 20" indeksi isə son 24 saatda 0,63% azalaraq 177,17 bənd təşkil edib.
Ümumilikdə kriptovalyuta bazarının kapitallaşması 0,35% azalaraq 2,91 trln. dollara enib.
Analitiklər bildirirlər ki, "Bitcoin"in ucuzlaşmasına ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yenidən yüksəlməsi və dolların möhkəmlənməsi təzyiq göstərir. ABŞ-da zəif əmək bazarı göstəriciləri oktyabrda faiz artımı ehtimalını azaltsa da, inflyasiya və dövlət borcu ilə bağlı narahatlıqlar fonunda uzunmüddətli istiqrazların gəlirliliyi son 24 ilin ən yüksək səviyyələrinə yaxın qalır. Bu isə kriptovalyutalar kimi riskli aktivlərin daha sürətli bahalaşmasını məhdudlaşdırır.

Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
"Bitcoin" 86 min dolları ötüb - SON QİYMƏT
Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
Xalq Bankdan yeni XalqKart Taksit kartları
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək
"Bank Respublika"nın səhm qiymətləri artırılır
Kartlar ilə verilən kreditlər azalır
ABB-də daha bir baş direktor təyinatı
Start-up nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Layihə menecmenti nədir?
SMM nədir?
Dünyanın ən varlı 10 adamı