Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir
®Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub.
Mərkəzi Nəbatat Bağında təşkil olunan festival "Nurlu Sabah" Gənclərə Qayğı İctimai Birliyi və "Bu gün TV Media Qurumu"nun təşəbbüsü, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə baş tutub. Sosial layihədə 20 Daun sindromlu yeniyetmə və onların valideynləri iştirak ediblər.
Festival çərçivəsində yeniyetmələr quş evcikləri və heyvan sığınacaqları hazırlayıb, rəsm, musiqi, rəqs və yoqa kimi müxtəlif fəaliyyətlərə qatılıblar. Tədbirin sonunda iştirakçılar tərəfindən 20 sülh göyərçini səmaya buraxılıb.
Tədbirdə çıxış edən Ziraat Bank Azərbaycanın Marketinq və Kommunikasiya Departamentinin direktoru Aynur Mirzəyeva belə sosial təşəbbüslərə dəstəyin bankın korporativ sosial məsuliyyət yanaşmasının mühüm hissəsi olduğunu vurğulayıb. O, inklüziv cəmiyyətin formalaşmasına, gənclərin sosial fəallığının artırılmasına və ekoloji dəyərlərin təşviqinə töhfə verməkdən məmnunluğunu ifadə edib.
Festivalın təşkilinə göstərdiyi dəstəyə görə Ziraat Bank Azərbaycan təşəkkürnamə ilə təltif olunub.
Ziraat Bank Azərbaycan bundan sonra da cəmiyyətin rifahına, ətraf mühitin qorunmasına və bərabər imkanların təşviqinə yönəlmiş sosial layihələri dəstəkləməyi hədəfləyir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Expressbank Bərdədə 300 ağac əkib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 müğənnisi
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Mcdonalds françayzinqi neçiyədir?
Necə Bitcoin almaq olar?