Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik məlumatlarından məlum olur.
Ötən ilin oktyabr ayında pul bazası 21 milyard 395,1 milyon manat təşkil etmişdi. Beləliklə, bir ildə göstərici 3 milyard 751 milyon manat və ya 17,5% artıb.
2025-ci ilin sonu ilə müqayisədə isə pul bazası 2 milyard 675,9 milyon manat və ya 11,9% genişlənib.
Pul bazası Mərkəzi Bank tərəfindən yaradılan pulun əsas hissəsini əks etdirən göstəricidir. Buraya dövriyyədəki nağd pul və kommersiya banklarının Mərkəzi Bankda saxladıqları manat ehtiyatları daxildir.
Pul bazasının artması maliyyə sistemində likvidliyin genişlənməsinə şərait yaradır. Bu, kreditləşməni və iqtisadi fəallığı dəstəkləyə bilər. Lakin pul təklifinin həddindən artıq artması tələb və inflyasiya təzyiqlərini də gücləndirə bilər. Pul bazasının azalması isə əksinə, likvidliyi məhdudlaşdıra bilər.
Bununla belə, pul bazasının artması bütün vəsaitin birbaşa əhalinin və müəssisələrin xərclərinə yönəlməsi demək deyil.
Mərkəzi Bank oktyabrın 29-da keçirilən son iclasında bank sektorunda izafi likvidliyin davam etdiyini açıqlayıb.
AMB-nin məlumatına görə, sentyabrın sonunda bank sektorunun struktur likvidlik profisiti 6,2 milyard manata çatıb. Bu, ötən ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur.
Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, 2026-cı ildə qurum valyuta bazarından 3,6 milyard dollar alıb və bunun müqabilində manat emissiyası həyata keçirib.
Tənzimləyici qurum artıq likvidliyin idarə edilməsi üçün əsasən yeddigünlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların sterilizasiya portfelində payı sentyabrın sonunda 66,4% təşkil edib.
Oktyabrın 29-da Mərkəzi Bank uçot dərəcəsini 6,5%, faiz dəhlizinin aşağı həddini 5%, yuxarı həddini isə 7,5% səviyyəsində dəyişməz saxlayıb.
AMB pul siyasəti qərarlarında inflyasiya ilə yanaşı, bank sektorundakı likvidliyi və valyuta bazarındakı prosesləri də nəzərə aldığını bildirib.

Banklar     Tarix: 04 noyabr 2026

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler depozit faizleri dollar məzənnəsi telefonla pul qazanmaq dollarin kursu bu gun