"Bitcoin" 60 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətinin qiymətində azalma müşahidə olunub.
FED.az xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 3,28% azalaraq 59 665,47 ABŞ dollarına enib.
"Ethereum"un qiyməti 4,87% azalaraq 1 653,98 dollara, BNB-nin qiyməti 2,68% azalaraq 551,13 dollara düşüb. "XRP" 2,39% ucuzlaşaraq 0,9453 dollara, "Solana" da 2,44% azalaraq 71,20 dollara enib.
Ən kəskin azalma "Monero"da qeydə alınıb. Belə ki, bu kriptovalyutanın qiyməti son sutkada 9,76% azalaraq 419,28 dollar təşkil edib. "Hyperliquid"in qiyməti 62,85 dollara, "Zcash"ın qiyməti 735,81 dollara düşüb.
Digər kriptovalyutalardan "Dogecoin" 2,12% ucuzlaşaraq 0,05678 dollara, "TRON" 2,14% azalaraq 0,2988 dollara enib. "Tether"in qiyməti isə 0,04% artaraq 0,9989 dollar olub.
Həftəlik göstəricilərə gəlincə, son 7 gündə "Bitcoin" 7,13%, "Dogecoin" 10,57%, "Solana" 8,79%, "XRP" 8,67%, BNB 8,35%, "Ethereum" isə 6,09% bahalaşıb. "Monero"nun qiymətində isə həftə ərzində 2,04% azalma qeydə alınıb.
Mərkəzi Bankda "kriptovalyuta" görüşü
Mərkəzi Bankın sədri Taleh Kazımov informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış ekspertlərlə ilk görüşünü keçirib. xəbər verir ki, görüş çərçivəsində ödəniş sistemləri, kriptoaktivlər, rəqəmsa
"Bitcoin" bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" 83,6 min dollara yüksəlib - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində müsbət dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,40% artaraq 8
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08