Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: "Mashreq Bank"la 105 milyon dollarlıq saziş imzalandı

Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: ®Ölkənin birinci bankı Kapital Bank beynəlxalq maliyyə bazarlarından növbəti sindikatlaşdırılmış maliyyələşməni cəlb edib. Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə institutlarından biri olan "Mashreq Bank"la ikinci kredit sazişini Bakıda imzalayıb. Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor Fərid Hüseynov və "Mashreq Bank"ın İcraçı vitse-prezidenti, Beynəlxalq Maliyyə İnstitutları üzrə rəhbər Aziz Ata tərəfindən imzalanan sazişin ümumi həcmi 105 milyon ABŞ dolları ekvivalentindədir.
Maliyyələşmənin 80 milyon ABŞ dolları və 42,5 milyon manatlıq hissəsi müvafiq olaraq xarici və milli valyutada cəlb olunub. Əməliyyatın Azərbaycan manatı ilə də həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutlarının milli valyutada belə bir maliyyələşmədə iştirakı ölkənin maliyyə bazarının, beynəlxalq tərəfdaşlarla əlaqələrinin inkişafını və Kapital Bank-a göstərilən etimadı əks etdirir.
1967-ci ildən fəaliyyət göstərən "Mashreq Bank" Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə qurumlarından, Yaxın Şərq və Şimali Afrika regionunun tanınmış banklarından biridir. Tərəflər arasında ilk sindikatlaşdırılmış kredit sazişi 2025-ci ildə Dubayda imzalanıb və 50 milyon ABŞ dolları təşkil edib.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov rəsmi sosial şəbəkə hesabında sazişin əhəmiyyətini belə şərh edib: "Bu yeni saziş qlobal maliyyə institutlarının bankımıza olan davamlı etimadının və tərəfdaşlığımızın uzunmüddətli xarakter daşıdığının bariz göstəricisidir".
Fərid Hüseynov bildirib ki, "Mashreq Bank"la yanaşı, Körfəz, Avropa və Mərkəzi Asiya regionlarının maliyyə qurumları ilə ardıcıl əməkdaşlıq Kapital Bank-ın qlobal maliyyə ekosistemində etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Bir ekosisteminin aparıcı maliyyə qurumu olan Kapital Bank beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin maliyyə sektorunun qlobal maliyyə bazarları ilə əlaqələrinin inkişafına töhfə verir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı, 48 şöbəsi və 19 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / banker.az

Banklar     Tarix: 27 noyabr 2026

Oxşar xəbərlər

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır

Biznesini böyütmək və hər fürsətdə qənaət etmək istəyən sahibkarlar üçün bank xərclərinin şəffaflığı çox önəmlidir. Əgər hər əməliyyatda əlavə komissiya ödəməkdən yorulmusansa, Yelo Bank-ın təqdim etdiyi biznes tarif paketlər

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir

Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub

"Unibank" KB ASC 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunun (IBF 2026) tərəfdaşı olub. "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusunda keçirilən foru

JPMorgan və HSBC Londonda ilk dəfə "rəqəmsal qızıl" əməliyyatları həyata keçirib

JPMorgan Chase & Co. və digər iri qiymətli metal dilerləri Londonda ilk dəfə rəqəmsal qızılın yeni forması, fiziki külçələr üzərində fraksiyalı mülkiyyət payları ilə əməliyyatlar həyata keçiriblər. Bu barədə Bloomber

Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə "Biznesdə Gənclər" proqramını

Azərbaycanda dələzduzluqla mübarizə üçün platforma yaradılır

Azərbaycan Mərkəzi Bankı (AMB) mərkəzləşdirilmiş dələduzluq əleyhinə (anti-fraud) platformasının tamdəyərli fəaliyyətini ən geci 2030-cu ilədək təmin etməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bakıda keçirilən X Beynəlxal

Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

Dövlət bankı "Azər-Türk Bank" ASC-nin İdarə Heyəti Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda ("IBF 2026") iştirak edib. "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusuna həsr edilə

Rabitəbankdan möhtəşəm "Green Friday" fürsəti 5 gün alış-veriş, 18 ay komissiyasız taksit

Rabitəbank "Green Friday" kampaniyası ilə alış-verişə yeni fürsətlər gətirir. İlin ən çox gözlənilən endirim mövsümündə Bank Kartmane Taksit kartı sahiblərinə alış-verişlərini daha sərfəli şərtlərlə həyata keçirmə

PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçirilən sərgi çərçivəsində PAŞA Bankın nümayəndələri müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə görüşərək onların inkişaf planlarını, maliyyələşdirmə ehtiyacların


iqtisadi xeberler dollar məzənnəsi kripto bitkoin almaq biznes krediti