"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Azərbaycanda sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin Maliyyə Texnologiyalarının Təhlili və İnkişafı Şöbəsi mütəxəssisi mütəxəssisi Elmar Didakanan Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Tutaq ki, vətəndaş hər hansı sığorta şirkətinə müraciət edərək KASKO sığortası almaq istəyir. Onun həmin sığorta şirkətində əvvəlki sığorta tarixçəsi olmaya bilər. Bu halda şirkət vətəndaşın nə dərəcədə riskli olduğunu, yaxud yol hərəkəti qaydalarına nə qədər riayət etdiyini müəyyənləşdirməkdə çətinlik çəkə bilər. Açıq maliyyə funksionallığı vasitəsilə vətəndaş digər sığorta şirkətlərindəki məlumatlarının da istifadəsinə razılıq verə bilər. Bu isə onun risk profilinin daha dəqiq qiymətləndirilməsinə və nəticədə fərdi xüsusiyyətlərinə uyğun sığorta tariflərinin tətbiq olunmasına imkan yaradacaq", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, qurumun əsas hədəfi sadəcə məlumat toplamaq deyil: "Əsas məqsədimiz məlumatlar əsasında vətəndaşların faydalana biləcəyi müxtəlif məhsul və xidmətlərin yaradılmasıdır. Yəni məqsədimiz yalnız məlumatları toplamaq, vətəndaşa onlara baxış imkanı vermək və bununla kifayətlənmək deyil. Vətəndaşlar üçün üstünlüklərə gəlincə, onlar daha çox fərdiləşdirilmiş məlumatlar əldə edə biləcək, istədikləri məhsullar üzrə daha dəqiq təhlillərin aparılması və onlara uyğun təkliflərin təqdim olunması mümkün olacaq".
© "Report"

Mərkəzi Bankda kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı müzakirələr aparılıb
Mərkəzi Bankda "kriptovalyuta" görüşü
Pekinin yeni strategiyası: Çin istehsalı, amma Çindən kənarda
10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
"Bank Respublika"nın İdarə heyətinə iki təyinat olub
"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib
Mərkəzi Bank dövlət istiqrazlarının gəlirliliyini necə hesabladığını açıqlayıb
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
5 liderlik göstəricisi
IMEI kod nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Onlayn biznes növləri