JPMorgan və HSBC Londonda ilk dəfə "rəqəmsal qızıl" əməliyyatları həyata keçirib

JPMorgan və HSBC Londonda ilk dəfə JPMorgan Chase & Co. və digər iri qiymətli metal dilerləri Londonda ilk dəfə rəqəmsal qızılın yeni forması, fiziki külçələr üzərində fraksiyalı mülkiyyət payları ilə əməliyyatlar həyata keçiriblər. Bu barədə Bloomberg məlumat yayıb.
Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, JPMorgan, HSBC Holdings Plc və StoneX Group Inc. ötən həftə fiziki qızıl üzrə fraksiyalı paylardan istifadə etməklə ilk əməliyyatları tamamlayıblar. Təşəbbüsə WGC rəhbərlik edir.
Sistem hələlik sınaq mərhələsindədir. Lakin onun uğurla tətbiqi son onilliklər ərzində London qızıl bazarının strukturuna edilən ən mühüm yeniliklərdən birinə çevrilə bilər.
"Bu, qızıl bazarı üçün tarixi irəliləyişdir. Aparıcı maliyyə institutları ilk dəfə real əməliyyatlar vasitəsilə fiziki qızıl üzərində fraksiyalı mülkiyyət paylarını köçürüb, onlar üzrə hesablaşma aparıb və həmin paylardan girov kimi istifadə ediblər", – WGC bildirib.
Londonda hər həftə yüz milyardlarla dollar dəyərində qızıl əl dəyişdirir və burada formalaşan qiymətlər qlobal qiymətli metallar sənayesi üçün etalon rolunu oynayır. Lakin qızılın böyük hissəsi "ayrılmamış" kağız müqavilələr formasında ticarət olunur. Belə müqavilələr saxlayıcı bankı tələb daxil olduqda qızılı təhvil verməyə məcbur edir.
Bu üsul 400 unsiyalıq külçələrlə əməliyyatlardan daha ucuz və sadədir. Bununla belə, müqavilə sahibləri saxlayıcı bankın kredit riski ilə üzləşirlər və kağız tələblərdən adətən girov kimi istifadə etmək mümkün deyil.
"Birləşdirilmiş qızıl payları" adlanan yeni sistem banklara fiziki metalı bir yerdən başqa yerə daşımadan qızıl üzrə fraksiyalı payları girov kimi təqdim etməyə imkan verir. Bu isə külçələri daha faydalı maliyyə aktivinə çevirə bilər.
WGC qızılın Böyük Britaniyanın maliyyə təminatı rejiminə daxil edilməsi üçün ölkə hakimiyyəti ilə də danışıqlar aparır. Bu dəyişiklik qızılın girov qoyulmasını və iflas zamanı girova yönəldilmiş tələbin icrasını asanlaşdıra bilər.
"Fraksiyalara bölünən, asanlıqla ötürülən və vasitəçinin ödəmə qabiliyyətini itirməsi riskindən qorunan qızıl, girov kimi istifadə də daxil olmaqla, metalın maliyyə bazarlarında daha geniş tətbiqinə imkan verəcək", – JPMorgan-dan bildirilib.
Bu arada Asiyanın maliyyə mərkəzləri qızıl bazarındakı payın bir hissəsini Londondan almağa çalışırlar. Honkonq London sisteminə bənzər klirinq mexanizmini sınaqdan keçirməyə başlayıb. Sinqapur isə mərkəzi banklara qızılın saxlanılması xidmətləri də daxil olmaqla bir sıra tədbirlər təqdim edib.
Böyük Britaniyanın Maliyyə Davranışına Nəzarət İdarəsi bu ilin əvvəlində qızılın tokenləşdirilməsi ilə bağlı maliyyə sektorunun rəyini öyrənib. Qurum bildirib ki, yeni nəsil infrastrukturun inkişafı Londonun qızıl ticarəti və saxlanılması mərkəzi kimi mövqeyini möhkəmləndirəcək və qoruyacaq.
Bununla belə, anbarlarında 1 trilyon dollardan çox qızıl saxlanılan Londonun yaxın zamanda aparıcı ticarət mərkəzi statusunu itirəcəyi gözlənilmir. Bu ehtiyatlara İngiltərə Bankında saxlanılan mərkəzi bankların qızılı da daxildir.
Bir çox treyder hesab edir ki, birləşdirilmiş qızıl payları dilerlər və müştərilər arasında populyarlaşsa belə, bazar əsasən "ayrılmamış" qızıl müqavilələri üzərində qurulmuş strukturunu qoruyacaq.

Banklar     Tarix: 24 noyabr 2026

Oxşar xəbərlər

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

Expressbank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

Expressbank regionlarda biznes ekosisteminin inkişafına töhfə vermək məqsədilə təşkil olunan "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib. 20–21 noyabr tarixlərində Gəncə şəhərində keçirilən sərgi sahibkarları

Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini – ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşlar

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

JPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerl

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini


iqtisadi xeberler kicik biznes investisiya internetden pul qazanmaq birbank