"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son günlər müşahidə olunan kəskin enişdən sonra qiymətlərdə artım qeydə alınıb.
FED.az xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 3,07% artaraq 61 170,73 ABŞ dollarına yüksəlib.
Bununla belə, kriptovalyutanın qiyməti son bir həftədə 5,64%, son 30 gündə isə 24,32% azalıb. "Bitcoin"in bazar kapitallaşması 1,23 trln. dollar təşkil edib.
"Ethereum"un qiyməti 4,05% artaraq 1 728,92 dollara, "Zcash"ın qiyməti 2,16% artaraq 790,29 dollara, BNB-nin qiyməti isə 2,95% artaraq 557,27 dollara yüksəlib.
"Monero"nun qiyməti 2,54% artaraq 497,60 dollara, "Bitcoin Cash"in qiyməti 0,48% artaraq 197,51 dollara, "Bittensor"un qiyməti 3,56% artaraq 190,30 dollara, "Quant"ın qiyməti isə 1,31% artaraq 142,04 dollara çatıb.
Qızıl təminatlı "PAX Gold"un qiyməti 1,83% artaraq 3 593,20 dollara, "Tether Gold"un qiyməti isə 1,81% artaraq 3 593,01 dollara yüksəlib.
"CoinMarketCap 20" indeksini izləyən CMC20 tokeninin qiyməti son sutkada 2,74% artaraq 123,02 dollara çatıb. Bununla belə, onun aylıq itkisi 25,02% təşkil edib.
Analitiklər qiymət artımını məcburi satışların zəifləməsi və ucuzlaşan aktivlərə tələbin artması ilə əlaqələndirirlər. Noyabrın 21-də son iki ilin minimumuna – 55 251,60 dollara enən "Bitcoin"in qiyməti həmin səviyyədən 10,7% yüksəlib. Bununla belə, ABŞ-də faiz artımı gözləntiləri və kriptovalyuta fondlarından kapital çıxışı bazarın dayanıqlı bərpasını məhdudlaşdırır.

Kriptovalyuta     Tarix: 23 noyabr 2026

Oxşar xəbərlər

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne

"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,57% azalaraq 82 815,3

"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB

Bu ilin yanvar-sentyabr aylarında "Unicapital İnvestisiya Şirkəti" QSC-nin dövriyyəsi 5 milyard 649,2 milyon manat olub. "Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalar

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donal

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə

DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beynəlxalq terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi ilə bağlı cinayət əməllərinin aşkar edildiyini bildirib. DTX-nin Mətbuat xidmətinin məlumatın

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA

Dünyanın əsas kriptovalyuta birjası olan "Binance" haker hücumu nəticəsində oğurlanan aktivlərin 90 faizini kompensasiya edib. xəbər verir ki, bu barədə kriptovalyuta platformasının özü məlumat yayıb.  Açıqlamay


iqtisadi xeberler dollar kursu dollar mezenne bu gunun xeberleri bitkoin